19:24 21.09.2013 766

Bizə başqa təməl lazımdı, müəllim - GÜNDƏM

Gözlənildiyi kimi UEFA başqanı Mişel Platini gəldi və dövlət başçısıyla görüşəndən sonra AFFA-nın Mərdəkandakı Futbol Mərkəzində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində iştirak etdi. Futbol başbilənləri ötənlərin ünlü forvardını tikintisi davam edən Olimpiya stadionunun maketi ilə tanış edib, videoçarx izləməsinə də şərait yaratdılar...


Platini AVRO-2020-yə ev sahibliyi etməyə can atan 32 namizəd şəhərdən birinin - Bakının şanslarını yüksək dəyərləndirməklə, ürəklərə ümid toxumu səpməyi də özünə borc bildi. Çox gözəl!


İndiki “kreslo”suna əyləşəndən bəri UEFA bayrağı altında keçirilən bütün yarışlara “barmaq edən” adamın rəhbəri olduğu qurumun vəsaiti hesabına tikiləcək bazanın özülünün atılmasını gözləri ilə görməsində, futbolun inkişafına dair məsələləri AFFA məmurları ilə müzakirə etməsində qeyri-adi nəsə axtarmaq yersizdi. Bu başqa məsələ ki, qonaqpərvər xalqıq və gələn ünlü qonağı Azərbaycansayağı yola salacağımıza zərrə qədər də şübhə etməyə dəyməz.


Platini Avropa təfəkkürlü futbol adamıdı. Yəqin yol boyu Tanrının neft boyda təbii sərvətlə mükafatlandırdığı ölkədə futbolun niyə yerində saydığı haqda az düşünməyəcək. UEFA prezidenti yerli futbol müstəvisində baş verənləri görmək, heç olmasa ucundan-qulağından nəsə anlamaq üçün azı ayda iki dəfə Azərbaycana təşrif buyurmalıdı. Təbii, Mişel müəllim işini-gücünü atıb dünyanın futbol xəritəsində mürəkkəb ləkəsini xatırladan məmləkətin köhnə bazarına təzə nırx qoymağı həyat devizinə çevirə bilməz.


Gəldi və hər şeylə üzdən maraqlanıb missiyasını bitmiş saydı. Bəlkə də yeni təlim-məşq bazasından yararlanacaq futbolçuların 3-5 ildən sonra sözünü gerçək klubların formasında deyəcəyinə inanır. Ona böyük pulların böyük futbola məzar qazdığını, AFFA-dakıların yürütdüyü siyasətin “idmanın şahı”nı uçuruma necə sürüklədiyini incəliyinə qədər başa salsaydılar, Azərbaycanı daha aydın düşüncələrlə tərk edərdi.


Platini hələ UEFA-da Lennart Yohansson söz sahibi olduğu dönəmdə tikilən (2001) “Şəfa”nın açılış mərasimində səsləndirilən arzuların nə dərəcədə həyata keçdiyini, ötən 12 ildə xərclənən pullar fonunda Azərbaycan futbolunda nəyin dəyişdiyini üzə çıxarmağa vaxt ayırsa, beynindən bircə fikir keçərdi: “kaş bu qədər pul Moldovada, Gürcüstanda olaydı”. Axı o, özü dediyi kimi bitərəfdi... Kimin pul, kimin ideya və siyasət yanlışlığı üzündən “böyümədiyini” anlasa, ya da anlamaq istəsə fərqli mövqe tutar.


P.S. Öz aramızdı, kişi yardıma başqa ölkələrin daha çox ehtiyacı olduğunu dilə gətirib haa.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

Facebookdan bizi izləməyi unutmayın.
X