Bu gün keçirilən bir oyunla Topaz Premyer Liqasında VI tura yekun vuruldu. Fanat.Az xəbər verir ki, "Əlincə Arena"da baş tutan "Neftçi" - "Sumqayıt"görüşü qonaqların qələbəsi ilə nəticələndi.
Matçda hesabı meydan sahibləri açsalar da, "Gənclik şəhəri" təmsilçisi 2 qol vuraraq 3 xal qazandı. Beləliklə, "Sumqayıt"ın 4 oyunluq qələbə həsrəti başa çatdı. "Neftçi" isə antirekordlarını yeniləməkdədir - ardıcıl 5-ci məğlubiyyət.
Premyer Liqa
2016/17 mövsümü
I dövrə, VI tur
27 sentyabr
19.00 Neftçi - Sumqayıt 1:2
Qollar: Cavid İmamverdiyev, 6 - Yusif Nəbiyev, 19; Seymur Əsədov, 71
Neftçi: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 6. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 10. Cavid İmamverdiyev, 7. Araz Abdullayev (k), 99. Denilson Pereyra, 19. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu, 9. Katalin Tira, 95. Elvin Bədəlov, 23. Tərzin Cahangirov.
Baş məşqçi: Elxan Abdullayev.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 25. Ayaz Mehdiyev, 42. Kamran Abdullazadə, 66. Afşin Esmaeilzadeh.
Məşqçi: Seymur Rəhimov.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
“Əlincə Arena”.
1 | Qəbələ | 6 | 5 | 1 | 0 | 17-0 | 16 |
2 | İnter | 6 | 4 | 2 | 0 | 11-6 | 14 |
3 | Qarabağ | 6 | 4 | 1 | 1 | 15-3 | 13 |
4 | Kəpəz | 6 | 1 | 4 | 1 | 6-6 | 7 |
5 | Sumqayıt | 6 | 2 | 1 | 3 | 5-8 | 7 |
6 | Zirə | 6 | 2 | 0 | 4 | 4-8 | 6 |
7 | Neftçi | 6 | 1 | 0 | 5 | 4-16 | 3 |
8 | AZAL | 6 | 0 | 1 | 5 | 2-17 | 1 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 6
Fanat.Az