AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin "AVRO-2020"nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün bu gün paytaxtımıza gəlib.
Fanat.Az xəbər verir ki, tədbir sentyabrın 30-da, saat 19.00-da, Bakı Olimpiya stadionunda keçiriləcək.
Aleksander Çeferin Avropa Liqasının C qrupunda bu gün "Bakcell Arena"da keçrilən "Qəbələ" - "Maynts 05" (Almaniya) oyununu izləyir.
Fanat.Az