“Qəbələ” yaxşı oynadı, amma “Maynts” çox güclü idi”. Fanat.Az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqqasının II turu çərçivəsində keçirilən “Qəbələ” - “Maynts” oyunundan sonra fikirlərini bölüşüb. Assosiasiya rəhbəri jurnalistlərlə söhbətində təmsilçimizin oyunundan razı qaldığını bildirib: “Bundesliqa klubudur. Qalib də gələ bilərdik, yaxşı oldu. Düşünürəm ki, qələbə hesabını qorumaq üçün təcrübə və güc çatmadı. “Qarabağ”dan nə gözləyirəm? Ancaq qələbə, başqa nə gözləyəcəm ki”?
Fanat.Az