20:49 02.10.2016 699

"Qarabağ"a növbəti zərbə "Qəbələ"dən gəldi

Topaz Premyer Liqasında VII tura və I dövrəyə yekun vurulub. Fanat.Az xəbər verir ki, turun və dövrənin son qarşılaşması Qəbələdə Qəbələ baş tutub.

Qəbələ şəhər stadionundakı matçda çempionluğa əsas namizədlər, Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" və "Qarabağ" üz-üzə gəlib. Bu matç turnir cədvəlinin liderliyi baxımından önəmli idi. Heç-heçə hazırda turnir cədvəlinə başçılıq edən "Qəbələ"ni zirvədə saxlayacaqdı. 13 xalla 3-cü pillədə qərarlaşan son 3 mövsümün çempionu "Qarabağ" isə liderliyi ələ almaq üçün səfər matçında iddialı rəqibi məğlub etməli idi.

Oyuna fəal başlayan "Qəbələ" 11-ci dəqiqədə Filip Ozobiçlə hesabı açıb. 3 dəqiqə sonra Premyer Liqanın bombardiri Baqali Dabo rəqib qapısına yol tapıb. Bu matçda son qol olub və Avropa Liqasında "Fiorentina"ya 1:5 hesabı ilə yenilən "Qarabağ" çempionatda da uduzub.

Beləliklə, "Qəbələ" məğlubiyyətsiz oyunlar seriyasını 9-a, qələbə seriyasını 5-ə çatdırıb. Son 23 qarşılaşmada rəqib qapılarına qol vuran "Qarabağ"ın seriyası isə qırılıb.

Qeyd edək ki, ilk 2 gündə 3 matç baş tutub. "İnter" - "Zirə" və "Sumqayıt" - AZAL qarşılaşmaları 1:1 hesabı ilə başa çatıb, "Neftçi" "Kəpəz"i məğlub edib - 2:0. Bu matçdan sonra milli komandaların oyunlarına görə Topaz Premyer Liqasında oktyabrın 15-dək fasilə yaranacaq.
 
Premyer Liqa
2016/17 mövsümü
I dövrə, VII tur

2 oktyabr
Qəbələ - Qarabağ 2:0
Qollar: Filip Ozobiç, 11. Baqali Dabo, 14.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 21. Roman Hüseynov, 44. Rafael Santos.
Baş məşqçi: Roman Qriqorçuk.
Qarabağ: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

7

6

1

0

19:0

19

2

İnter

7

4

3

0

12:7

15

3

Qarabağ

7

4

1

2

15:5

13

4

Sumqayıt

7

2

2

3

6:9

8

5

Kəpəz

7

1

4

2

6:8

7

6

Zirə

7

2

1

4

5:9

7

7

Neftçi

7

2

0

5

6:16

6

8

AZAL

7

0

2

5

3:18

2

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X