"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakıda Norveç, oktyabrın 11-də isə Ostrava şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 23 futbolçuya dəvət göndərib. Onlardan 6-sı legionerdi. Xaricdə oynayanlardan ikisi Portuqaliyanın "Boavişta" klubunun formasını geyinir. Qalanları isə Ukraynanın "Stal", Almaniyanın "Aue", İspaniyanın "Kadiz" və Türkiyənin "Trabzonspor" klublarında top qovur.
Qeyd edək ki, "Kadiz"dən milliyə dəvət alan Eddi İsrafilov ötən gün "Rayo Vallekano" ilə oyunda zədə alıb. Onun yığmanın heyətindən kənarlaşdırılması gözlənilir.
Qapıçılar: Kamran Ağayev (Boavişta, Portuqaliya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (İnter).
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Tərlan Quliyev (İnter), Məhəmməd Mirzəbəyov (Qəbələ), Pavel Paşayev (Stal, Ukrayna).
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev (ikisi də "Qarabağ"), Rəhman Hacıyev, Araz Abdullayev (ikisi də "Neftçi"), Ruslan Abışov (İnter), Dmitri Nazarov (Aue, Almaniya), Eddi İsrafilov (Kadiz, İspaniya), Emin Mahmudov (Boavişta, Portuqaliya).
Hücümçular: Rauf Əliyev, Ağabala Ramazanov (ikisi də "İnter"), Ruslan Qurbanov (Qəbələ), Namiq Ələskərov (Qarabağ), Ramil Şeydayev (Trabzonspor, Türkiyə).
Fanat.Az