Topaz Premyer Liqasının VII turu “İnter”in hücumçusu Ağabala Ramazanov üçün yubileylə əlamətdar olub. Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu ölkə çempionatında 100-cü oyununu keçirib.
“Zirə” ilə görüşədək (1:1) hesabında 99 qarşılaşma olan hücumçu matçda hesabı açmaqla yubileyini qolla qeyd edib. Bu, onun Premyer Liqada 14-cü qolu olub. Ramazanov “İnter”də keçirdiyi 7 qarşılaşmada 3 qol vurub. Ağabala bunadək daha 3 klubda oynayıb. O, “Neftçi” (1 oyun), “Xəzər Lənkəran” (59 oyun, 6 qol) və “Sumqayıt”ın (33 oyun, 5 qol) şərəfini qoruyub.
Mövsüm | Klub | oyun | qol |
2011/12 | Neftçi (Bakı) | 1 | 0 |
2012/13 | Xəzər Lənkəran | 19 | 1 |
2013/14 | Xəzər Lənkəran | 21 | 1 |
2014/15 | Xəzər Lənkəran | 19 | 4 |
2015/16 | Sumqayıt | 33 | 5 |
2016/17 | İnter (Bakı) | 7 | 3 |
| Cəmi | 100 | 14 |
Fanat.Az