Milli komandamızın Norveç və Çexiya ilə oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Robert Prosineçki iki matç üçün 23 futbolçuya dəvət göndərib.
Fanat.Az "Transfermarkt"ın qiymətləndirməsinə əsasən millimizin dəyərini müəyyənləşdirib. Məlum olub ki, 23 futbolçunun ümumi dəyəri 8 milyon avrodu - (14 milyon 532 min 800 avro).
Yığmanın ən dəyərili üzvü Pavel Paşayevdi. Ukraynanın "Stal" klubunda çıxış edən müdafiəçiyə 600 min avro qiymət qoyulb.
Onu "Boavişta"nın formasını geyinən Kamran Ağayev, "Trabzonspor"da çıxış edən Ramil Şeydayev və "Qarabağ"ın üzvü Qara Qarayev izləyir. Hər üç futbolçunun 500 min avro dəyəri var.
№ | Futbolçu (klub) | Dəyəri (avro) |
1 | Pavel Paşayev (Ukrayna) | 600.000 |
2 | Kamran Ağayev (Boavişta) | 500.000 |
3 | Ramil Şeydayev (Trabzonspor) | 500.000 |
4 | Qara Qarayev (Qarabağ) | 500.000 |
5 | Dmitri Nazarov (Aue) | 450.000 |
6 | Bədavi Hüseynov (Qarabağ) | 450.000 |
7 | Arif Daşdəmirov (Qarabağ) | 400.000 |
8 | Səlahət Ağayev (İnter) | 400.000 |
9 | Məhəmməd Mirzəbəyov (Qəbələ) | 400.000 |
10 | Araz Abdullayev (Neftçi) | 400.000 |
11 | Ruslan Abışov (İnter) | 400.000 |
12 | Eddi İsrafilov (Kadiz) | 400.000 |
13 | Maksim Medvedev (Qarabağ) | 350.000 |
14 | Rahid Əmirquliyev (Qarabağ) | 350.000 |
15 | Emin Mahmudov (Boavişta) | 300.000 |
16 | Rəşad Sadıqov (Qarabağ) | 300.000 |
17 | Rauf Əliyev (İnter) | 250.000 |
18 | Namiq Ələskərov (Qarabağ) | 200.000 |
19 | Anar Nəzirov (Zirə) | 200.000 |
20 | Rəhman Hacıyev (Neftçi) | 200.000 |
21 | Tərlan Quliyev (İnter) | 150.000 |
22 | Ağabala Ramazanov (İnter) | 150.000 |
23 | Ruslan Qurbanov (Qəbələ) | 150.000 |
Fanat.Az