Topaz Premyer Liqasının I dövrəsində 9 baş hakim oyunlara təyinat alıb. Fanat.Az xəbər verir ki, onlar 28 qarşılaşmanı idarə edib.
Ən çox oyun idarə edən hakimlər FIFA referiləri - Əliyar Ağayevlə Rəhim Həsənovdu. Hər iki referi 5 matçda söz sahibi olub. Sabiq FIFA referisi Fariz Yusiof 4 dəfə meydana baş hakim kimi çıxıb.
Rəhim Həsənov I dövrənin ən qəddar hakimi olub. O, 5 matçda 22 vərəqə göstərib ki, bunlardan da ikisi "qırmızı" olub. Maraqlıdı ki, bu iki qırmızı vərəqədən başqa I dövrədə meydandan qovulan olmayıb. Özü də Həsənov hər iki "qırmızı"dan eyni matçda - I turun AZAL - "Neftçi" görüşündə istifadə edib. O, meydan sahiblərindən Ruslan Nəsirlini, qonaqlardan Filyo Rodrigesi meydandanqovub.
Hakimlər 7 turda 5 penalti təyin edib və onlardan 4-ü dəqiq olub. "İnter", "Kəpəz", "Neftçi" və "Zirə" ələ düşən şansı lazımınca dəyərləndirib, “Qəbələ” isə 11 metrlik cərimə zərbəsini boşa verib.
Penaltilərdən 3-ü “İnter”in, 2-si AZAL-ın qapısına təyin olunub. Qalan 6 komanda 11 metrlik cərimə zərbəsi ilə cəzalanmayıb. "İnter"in qapısına təyin edilən panaltini “Qəbələ”li Nika Kvekveskiri boşa verib.
№ | Hakim | Oyun | Sarı (qırmızı) | Penalti |
1 | Rəhim Həsənov | 5 | 22 (2) | 0 |
2 | Əliyar Ağayev | 5 | 14 | 1 |
3 | Fariz Yusifov | 4 | 14 | 2 |
4 | Rauf Cabbarov | 3 | 13 | 1 |
5 | Ömər Paşayev | 2 | 15 | 1 |
6 | Ramil Diniyev | 3 | 10 | 0 |
7 | İnqilab Məmmədov | 2 | 10 | 0 |
8 | Orxan Məmmədov | 2 | 6 | 0 |
9 | Rəvan Həmzəzadə | 2 | 4 | 0 |
28 oyunda ümumilikdə şakimlər 108 vərəqə göstərib və bunun cəmi 2-si "qırmızı" olub. Ən intizamsız komanda "İnter" olub. "Bankirlər" 7 oyunda 25 sarı vərəqə alıb. AZAL-a 16 sarı və 1 sarı vərəqə göstərilib.
№ | Klub | Sarı (qırmızı) |
1 | İnter | 25 |
2 | AZAL | 16 (1) |
3 | Qəbələ | 15 |
4 | Zirə | 15 |
5 | Sumqayıt | 15 |
6 | Neftçi | 7 (1) |
7 | Qarabağ | 7 |
8 | Sumqayıt | 7 |
Ən çox sarı vərəqə alan futbolçu “Kəpəz”dən Serjinyo olub. 4 dəfə cəzalanan futbolçu VI turda cəzalı duruma düşüb və VII turda oynamayıb. Daha 6 futbolçu Fuad Bayramov, Səlahət Ağayev, Zurab Xizanişvili (hamısı “İnter”), Təmkin Xəlilzadə, Vüqar Mustafayev (hər ikisi “Zirə”) və Ürfan Abbasov (“Qəbələ”) 3 dəfə xəbərdarlıq alıb. Növbəti sarı vərəqə onların cəzalı duruma düşməsi ilə nəticələnəcək.
“Sumqayıt” - “Qarabağ” və “Qarabağ” - “Neftçi” mövsümün ən intizamlı oyunları olub. Belə ki, bu oyunlarda hakimlər vərəqəyə ehtiyac duymayıb. Birinci matçı Rəvan Həmzəzadə, ikincini Əliyar Ağayev idarə edib.
Mövsümün ən intizamsız oyunu isə “İnter” - “Kəpəz” matçıdı. Bu görüşdə baş hakim Ömər Paşayev 10 sarı vərəqə göstərib.
Fanat.Az