Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı yerli futbolçular müəyyənləşib. Fanat.Az "Transfermarkt"a istinadən xəbər verir ki, siyahıda müəyyən dəyişikliklər olub.
Ötən siyahıya başçılıq edən Qara Qarayev zirvəni əldən verib. Buna səbəb Bədavi Hüseynovun dəyərini 250 min avro artırması olub. Millimizin müdafiəçisi 700 min avro ilə siyahıya başçılıq edir.
500 min avro dəyərini sabit saxlayan Qara Qarayev 4-cü pilləyə düşüb. Dəyərini 100 min artıran Araz Abdullayevlə 150 min avro əlavə dəyər qazanan Maksim Medvedev 2-3-cü pillələri ələ keçirib.
№ | Futbolçu (klub) | Dəyəri (avro) | Artıb-azalıb (+/-) |
1 | Bədavi Hüseynov (Qarabağ) | 700.000 | + 250.000 |
2 | Araz Abdullayev (Neftçi) | 500.000 | + 100.000 |
3 | Maksim Medvedev (Qarabağ) | 500.000 | + 150.000 |
4 | Qara Qarayev (Qarabağ) | 500.000 | ------ |
5 | Məhəmməd Mirzəbəyov (Qəbələ) | 400.000 | ------ |
6 | Səlahət Ağayev (İnter) | 400.000 | ------ |
7 | Coşqun Diniyev (Qarabağ) | 400.000 | ------ |
8 | Ruslan Abışov (İnter) | 350.000 | - 50.000 |
9 | Əfran İsmayılov (Qarabağ) | 350.000 | + 50.000 |
Fanat.Az