"Milan"ın ulduz hücumçusu Robinyo "Santos"a gedəcəyi haqda yayılan söz-söhbətləri təkzib edib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Milan"ın braziliyalı ulduzu Robinyo Milan şəhərində çox xoşbəxt olduğunu və gələn mövsüm də ayrılmağı düşünmədiyini söyləyib: ""Milan"da çox xoşbəxtəm. Burada hələ də bir mövsümlük daha müqaviləm var. Ayrılmağı qətiliklə düşünmürəm. "Santos"a gedəcəyəm doğru deyil. "Santos"u çox sevirəm, uşaqlığım klubudur, amma hələ ölkəmə dönmək planlarım yoxdur. Onsuz da "Santos"dan rəsmi bir təklif də gəlmədi".
İdman24.az