10:37 12.10.2016 674

"Tabloya neçə dəfə baxdığımı deməsəm yaxşıdı" - Kamran Ağayev

DÇ-2018-in seçmə mərhləsi çərçivəsində keçirilən Çexiya – Azərbaycan (0:0) matçından sonra millimzin qapıçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, sizi həmin müsahibə ilə tanış edir:



- İndiyə kimi qol buraxmadığını nəzərə alsaq, səni seçmə mərhələdə Avropa üzrə ən yaxşı saymaq olar?


- Tək məni demək olmaz. Sadəcə, əvvəlki formamı bərpa etmişəm. Əsas odu ki, zədələnməyim. Çünki zədə olanda toparlanmaq çətin olur. Heç nədən “İnter”in heyətində “Qəbələ” ilə matçda xəsarət almışdım. Başıma bir də belə şeylərin gəlməsini istəmirəm. Əlimdən gələni edirəm. Yığmanın heyətində vuruşmaq lazımdı. Buradan geri – “Boavişta”nın düşərgəsinə qayıdacam. Eşitdiyimə görə, baş məşqçim istefa verib. Ən yaxşı deməzdim, sadəcə, davam etmək lazımdı. Hər şey arxada qaldı. Yenə də vuruşmaq lazımdı.


- Yəqin ki, bu cür havada meydana çıxmaq sənin üçün heç də əlverişli deyildi...


- Belə havada qapıçıların işi çox olur. Rəqibin 30 metrdən vurduğu zərbə sanki 5 metrdən gəlir. Əsas odu ki, nəticə qazandıq. İstərdik qələbə olsun, amma alınmadı. Özümüzə güvənirik. Siz də bizə güvənsəniz, bir nöqtəyə vurub, bir-birimizə dəstək olub, hətta uğursuzluğa düçar olsaq belə, motivasiya versəniz, yaxşı nəticələr əldə edib DÇ-yə vəsiqə qazanarıq.


- 75-ci dəqiqədə sanki qasıq nahiyəndə dartılma oldu. Əvəzlənməyini istəyirdin? 


- Xeyr, istəmirdim. İlk yarı başa çatanda əzələmdə dartılma hiss etdim. Amma iynə vuruldu. İnanıram ki, yaxşı olacaq. Ağır zədə yoxdu. Sadəcə, kənardan göstəriş verildi ki, topa zərbə vurma. Çünki vurduqca, zədəmi daha da ağırlaşdıra bilərəm. Fikrimcə, yırtıq yoxdu, sadəcə, yüklənmə olub. 



- Oyunun gedişində tabloya neçə dəfə baxdın?


- Bunu deməsəm, yaxşıdı. Tək tabloya yox, hər yerə baxdım. Oyunu idarə etmək bizdən asılıdı. Hərdən elə olurdu ki, təzyiqə uyğun oyunun ritmini salıb, endirmək lazım olurdu. Məşqçi taktikasını verir. Amma meydanda fantaziya lazımdı, bu, isə bizdən asılıdı. Özün özünü idarə etməlisən.


- 3 oyundan sonra 7 xal qazanacağımızı təsəvvür edə bilirdin?


- İnanmasam, dayanaram. Özündən razılıq etmirəm. Komanda yoldaşlarıma və özümə inanıram.


- Şimali İrlandiya ilə səfər matçı haqqında nə düşünürsən?


- Nə olacağını bilmək olmaz. Sadəcə, vuruşmaq, döyüşmək lazımdı. Geriyə baxmaq lazım deyil. İndiyə kimi nə etmişiksə, geridə qaldı. Hamımız bir şey olsaq, uğur qazana bilərik.


- Hazırkı komandanı müstəqillik dövrünün ən yaxşı yığması saymaq olar?


- 30 yaşım var. 20 ildi futbol oynayıram. Artıq nəticə vermək vaxtıdı.

(futbolinfo.az)


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X