Topaz Premyer Liqasında 12 günlük fasilə başa çatıb. Fanat.Az xəbər verir ki, yığmaların oyunlarına görə yaranmış fasilədən sonra II dövrəyə start verilib. VIII turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında turnir cədvəlinin liderləri - "Qəbələ" və "İnter" qarşılaşıb. 2 qolun vurulduğu oyunda komandalar hərəyə 1 xal qazanıb - 1:1.
Bu matçda bəzi seriyalar qırılıb və davam edib. Belə ki, komandalar məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. "Qəbələ" 8 oyundan 2-də xal itiribsə, "İnter" 4 matçda meydandan 1 xalla ayrılıb. Ardıcıl 5 turdu qələbələri sıralayan və qapısında qol görməyən "Qəbələ"nin hər iki seriyasına son qoyulub. Bundan əvvəlki 5 oyunda qol vuran "İnter"in seriyası 6 matça çatıb.
Günün ikinci matçında üçüncü pillədə qərarlaşan son 3 mövsümün qalibi "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Bu matçda 3 qol vurulub və "Qarabağ" qələbə qazanıb - 3:0. "İnter"in xal itkisindən yararlanan ağdamlılar ikinci pillə ilə xal fərqini aradan qaldırıb, liderlə fərqi 4-ə endirib. Qurban Qurbanovun yetirmələri həmçinin 2 oyunluq qələbəsizliyə son qoyub.
Qeyd edək ki, tura sabah keçriləcək 2 oyunla yekun vurulacaq.
Premyer Liqa
2016/17 mövsümü
II dövrə, VIII tur
15 oktyabr
İnter - Qəbələ 1:1
Qollar: Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69.
İnter: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 15. Ruslan Abışov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev.
Baş məşqçi: Zaur Svanadze.
Qəbələ: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"İnter Arena".
Qarabağ - Sumqayıt 3:0
Qollar: Migel Madera, 42. İlqar Qurbanov, 44. Dino Ndlovu, 90+3.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Madera, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 25. Ansi Aqolli.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadeh, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 11. İbrahim Abednezhad, 14. Bəxtiyar Həsənalızadə, 21. Nasır Abilayev, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Samir Abbasov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
"Azərsun Arena".
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qəbələ | 8 | 6 | 2 | 0 | 20:1 | 20 |
2 | İnter | 8 | 4 | 4 | 0 | 13:8 | 16 |
3 | Qarabağ | 8 | 5 | 1 | 2 | 18:5 | 16 |
4 | Sumqayıt | 8 | 2 | 2 | 4 | 6:12 | 8 |
5 | Kəpəz | 7 | 1 | 4 | 2 | 6:8 | 7 |
6 | Zirə | 7 | 2 | 1 | 4 | 5:9 | 7 |
7 | Neftçi | 7 | 2 | 0 | 5 | 6:16 | 6 |
8 | AZAL | 7 | 0 | 2 | 5 | 3:18 | 2 |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az