Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk oyununda AZAL “Kəpəz”i qəbul edib. Gənc klubu Julian Ebahın 83-cü dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Beləliklə, Gəncə klubu 3 oyunluq qələbəsizliyə son qoyub. Onlar mövsümün 2-ci qələbəsini qazanıb. AZAL isə mövsümün 8-ci oyununu da qələbəsiz başa vurub.
Turun son oyununda isə Zirədə “Neftçi” eyniadlı komandanın qonağı olub. Mövsümün iki uğursuzunun dueli ötən il debüt mövsümündəcə gümüş medallara sahib olan Adil Şükürovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb - 2:0. Beləliklə, tarixinin ən uğursuz dönəmini yaşayan, antirekordları sıralamaqdan “doymayan” “ağ-qaralar” mövsümün 8-ci oyununda 6-cı məğlubiyyətini alıb.
Qeyd edək ki, dünən "Qarabağ" "Sumqayıt"ı 3:0 hesabı ilə yenib, "İnter" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa
2016/17 mövsümü
II dövrə, VIII tur
16 oktyabr
AZAL - Kəpəz 0:1
Qol: Julien Ebah, 83.
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 7. Kamal Mirzəyev, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 18. Ruslan Əmircanov, 21. David Canelidze, 24. Emin Cəfərquliyev (k), 77. Adan Koronado.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 9. Röyal Nəcəfov, 15. Brayn Fok, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 95. Şirməmməd Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 36. Renan Silva, 77. Serjio Kosta, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 3. Şəfi Bağırov, 9. Tural Qürbətov, 16. Emin Zamanov, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Şaiq Həmidov.
“AZAL Arena”.
Zirə - Neftçi 2:0
Qollar: Yovan Krneta, 43-pen. Adil Nağıyev, 50.
Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 8. Milan Duriç, 11. Viktor İbekoyi, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 92. Cavid Tağıyev.
Baş məşqçi: Adil Şükürov.
Neftçi: 1. Krşevan Santini, 3. Jayro Rodriges, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 9. Katalin Tira, 17. Rəhman Hacıyev, 23. Tərzin Cahangirov, 26. Kamal Qurbanov, 30. Dario Melnyak, 80. Edson Kastilya, 99. Denilson Pereyra.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 13. Murad Ağayev, 20. Eltun Yaqublu, 90. Jonas Pesalli, 95. Elvin Bədəlov.
Baş məşqçi: Elxan Abdullayev.
Qırmızı vərəqə: Rahil Məmmədov, 46.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Zirə İdman Kompleksinin stadion.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qəbələ | 8 | 6 | 2 | 0 | 20:1 | 20 |
2 | İnter | 8 | 4 | 4 | 0 | 13:8 | 16 |
3 | Qarabağ | 8 | 5 | 1 | 2 | 18:5 | 16 |
4 | Kəpəz | 8 | 2 | 4 | 2 | 7:8 | 10 |
5 | Zirə | 8 | 3 | 1 | 4 | 7:9 | 10 |
6 | Sumqayıt | 8 | 2 | 2 | 4 | 6:12 | 8 |
7 | Neftçi | 8 | 2 | 0 | 6 | 6:18 | 6 |
8 | AZAL | 8 | 0 | 2 | 6 | 3:19 | 2 |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az