16:34 19.10.2016 967

"Karyeramın ən yaxşı dönəmlərini Lənkəranda keçirmişəm" - Oqtay Dərəlioğlu

Türkiyə yığmasının və "Xəzər Lənkəran"ın sabiq hücumçusu Oqtay Dərəlioğlunun azerisport.az saytına müsahibəsi



- Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışı barədə nə deyə bilərsiniz?

- Ümid edirəm ki, Norveç üzərində qələbə (1:0) və Çexiya ilə səfərdəki heç-heçə (0:0) Azərbaycan futboluna müsbət təsir edəcək. Azərbaycan futbolunun inkişaf etməsini istəyirəm. Amma Türkiyədəki kimi süni formada yox. Robert Prosineçki mənim dostumdur, ona görə də çox sevinirəm. Onunla "Kayserispor"da çalışdığı dövrdən tanışıq.


- Prosineçkinin komandası bu qrupdan çıxa bilər?

- Tsiklə yaxşı başlamısız. Azərbaycan yığması Almaniyaya da müqavimət göstərməlidir. Bax bu, əsl olay olar. Amma bu uğurların davamlı olması lazımdır. Azərbaycanın Bosniya və Herseqovinadan nəyi pisdir? Ölkə olaraq onlar zəifdir. Azərbaycan qədər sərvəti də yoxdur. Amma onlar əllərindəki pulu düzgün xərcləyirlər. Hər şey düzgün edilsə, uğur qazanmaq olar. Bu tsikldə də olmasa, növbəti seçmə mərhələdə qrupdan çıxmaq olar. Bosniyalıların nə qədər futbolçusu ölkə xaricində oynayır. Qarşılarına hər seçmə mərhələdə yüksək hədəflər qoyurlar. Onlar çalışırlar. Amma Türkiyə və Azərbaycanda belə nəticələr görmürəm.


- Sizə elə gəlmir ki, Türkiyə mətbuatı Azərbaycanın uğurlarına yuxarıdan baxır?

- Hamısı yox. Türkiyə mətbuatında futbolu bilənlər də çox deyil. Bunun da təsiri var.


- Bu yay FİFA "Bursaspor"un hücumçusu Dəniz Yılmazın millimizdə oynamasına dair razılıq verdi. Sizcə, o, komandamıza faydalı ola bilər?

- Yılmaz pis forvard deyil. Niyə də olmasın? Amma məncə, Azərbaycanda daha yaxşı oyunçular tapmaq olar. Onlar daha çox faydalı olarlar. Ölkənizdə oynamışam və bunu gözlərimlə də görmüşəm. Belə futbolçuları tapıb üzə çıxarmaq vacibdir.


- Ramil Şeydayev niyə "Trabzonspor"da oynaya bilmir?

- Onun oyununu görməmişəm. Bircə Çexiya ilə oyundan tanıyıram. Bu üzdən də "Trabzonspor"dakı durumuna qiymət verə bilmərəm. Gəncdir. Öz üzərində çalışsa, mütləq oynayacaq.


- Çempionatımızı izləyirsiniz?

- Azərbaycan çempionatı indi lazım olan səviyyədə deyil. Düzdür, "Qarabağ"la "Qəbələ" avrokuboklarda uğurlu çıxışı ilə seçilir. Amma bununla kifayətlənmək olmaz. Milli çempionatı gücləndirmək lazımdır. Avropa ilə rəqabətdə geri qalmaq olmaz. Ancaq hazırda səviyyə çox aşağıdır.


- Bir ara sizin Azərbaycanda çalışacağınız deyilirdi...

- Mübariz Mənsimovla danışmışdım. O, məni işə dəvət etmək istəyirdi. Amma sonradan rəsmi təklif olmadı. Azərbaycanlılar da məndən tez-tez niyə işləmədiyimi soruşurlar. Amma təəssüf ki, Türkiyə və Azərbaycanda mənə iş yoxdur.


- "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırması faktını necə qarşıladınız?

- Üzüldüm. Belə bir infrastruktura malik klubun indi demək olar ki, çalışmaması üzücüdür. Karyeramın ən yaxşı dönəmlərini orada keçirmişəm. Bu klubla bağlı çoxlu xoş xatirəm var. 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X