16:40 20.10.2016 569

"Qəbələ"də oynayaram, hər şey ola bilər" - Ronaldinyo

“Hamınızı salamlayıram. Mən əvvəllər də Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim”. Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan əfsanəvi futbolçu Ronaldinyo deyib.

 

“Qəbələ” klubunun təşəbbüsü ilə Bakıda olan superulduzun adına ölkəmizdə akademiya açılacaq.

 

Bununla bağlı Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında “sambaçı” bunları söyləyib: “Bilirdim ki, burda çoxlu braziliyalı futbolçular oynayıb. Bakıda olmağıma çox şadam”.

 


- “Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı təklifi nə vaxt oldu?

- Təxminən bir ay yarım əvvəldən “Qəbələ” futbol klubu ilə bu barədə danışıqlara başladıq.

 

- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, burdakı akademiyaya necə kömək edə bilərsiniz?

- Əsas məqsədim odu ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəm. Böyük klublara getmək imkanları olsa, bunda mütləq köməklik göstərəcəm.

 

- Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyədə oldunuz?

- Yəqin mən doğulanda Allah mənə istedad verdi. Amma böyüyəndə çoxlu məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun bəhrəsidi.

 

- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırlatmır?

- Deyə bilmərəm, harda jurnalist daha çox gəlirdi. Amma sizin hamınıza minnətdaram. Mənə hörmətinizi göstərirsiniz. Hamınıza “çox sağ ol” deyirəm.

 

- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdı...

- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.

 

- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?

- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.

 

- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?

- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.

 

- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?

- Lionel Messi.

 

- İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?

- Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.

 

- Azərbaycanlı futbolçulara nə məsləhət görərdiz ki, sizin getdiyiniz yolun yarısını gedə bilsinlər?

- Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşı olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək lazımdı. Yüksək səviyyəyə çatmaq istəyirlərsə, ciddi hazırlaşmalıdırlar.

 

- Sizi dünyanın ən istedadlı oyunçusu sayırlar. Bəs Pele, Maradona səviyyəsinə çatmağınıza nə mane oldu?

- Əslində, mən elə onların səviyyəsindəyəm (gülür).

 

- Bütün klubların azarkeşləri sizi sevir. Bunu necə bacarmısız?

- Düzü, dəqiq deyə bilmərəm niyə hamı məni sevir. Amma bəlkə ona görə ki, gözəl futbol oynamışam, öz stilim olub.

 

- “Qəbələ”dən təklif alsanız, burda oynayarsınızmı?

- Niyə də yox? Hər şey ola bilər.

 

- İndiyə kimi futbolla bağlı heç vaxt etiraf etmədiyiniz nəyi Azərbaycan mətbuatının önündə açıqlayardınız?

- Mənim həyatım həm futbol meydançasında, həm də ondan kənarda həmişə açıq olub. Gizlətdiyim bir şey yoxdu. Hamı necə həyat yaşadığımı bilir.

 

- Braziliyalı futbolçuların çoxu deyir ki, futbol olmasaydı, biz avara, bədbəxt olardıq. Bu bədbəxtliyi braziliyalıların xoşbəxtliyi saymaq olarmı?

- Fikrimcə, braziliyalıların həyatda ən çox istədiyi şey futboldu. Bəziləri dünya çempionatının Braziliyada keçirilməsini istəmirdi. Amma orda insanların çoxu son mundialın orda keçirilməsini arzu edirdi.


- Braziliya millisinin DÇ-2016-dakı uğursuzluğunun səbəbi nə idi? Komanda özünü toparlaya biləcəkmi?

- Bizim güclü komandamız var idi. Həmin komandada ulduzlar var idi. Təəssüf ki, Fransaya uduzduq. Səbəbini deyə bilmərəm. Bu, futboldu.

 

- Karyeranızda ən böyük peşmanlığınız nədi?

- Heç bir peşmanlığım yoxdu. Həyatımdakı hər addımı düz atmışam.

 

- Özünüzü, yoxsa futbolu çox sevirsiniz?

- Özümü futbolsuz təsəvvür edə bilmirəm. Futbolu da Ronaldinyosuz. 

(apasport.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X