12:34 22.10.2016 716

"Qəbələ"nin prezidentinin filmi təqdim olundu - FOTOLAR

Ötən gün “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən sənədli filmin icraçı prodüseri, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, "Qəbələ" klubunun prezidenti Tale Heydərov filmin 4 il ərzində ərsəyə gəldiyini qeyd edib:

“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan muğamının dünyada tanıdılmasında böyük rol oynayır, xeyli işlər görülür. Biz layihəyə Azərbaycanı çox illər bundan əvvəl tanıyan Cefri Verboku cəlb etdik. Cefri Azərbaycan muğamını sadə vətəndaşlardan belə yaxşı bilir. O, peşəkar muğam ifaçısı statusunu qazanıb. Bütün bu illər ərzində filmin ərsəyə gətirilməsinə çalışmışıq.

Bu, bizim uzumüddətli layihəmizdir. Filmin reallaşmasına 4 ildən artıq vaxt gedib. Bütün çətinliklərə baxmayaraq muğam sənəti Azərbaycanda yaşamaqdadır. Bu musiqini yaşadan Qarabağdan köçkün düşən gənclərdir, insanlardır. Ekran işinin təqdimatı bir çox ölkələrdə təqdim ediləcək”.

T. Heydərov daha sonra çıxış üçün ekran işinin rejissoru, tanınmış amerikalı muğam ifaçısı Cefri Verboku səhnəyə dəvət edib.

C. Verbok layihəni 16 il bundan əvvəl hazırladığını qeyd edib:

“Layihəni 16 il bundan qabaq hazırlamışdıq. 8 ildən bundan əvvəl isə Avropa Azərbaycan Cəmiyyəti ilə razılaşdıq. Filmin ərsəyə gəlməsi barədə müzakirələr apardıq. Layihəni ərsəyə gətirdik. Azərbaycanın çox gözəl mədəniyyəti var. Çox ölkələri gəzmişəm, ancaq belə bir mədəniyyət görməmişəm. Qoyun, bütün dünya Azərbaycan muğamını tanısın. İllər əvvəl çəkdiyim görüntüləri birləşdirdim, maraqlı etnoqrafik sənədli film ortaya çıxardıq”. 
Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır, daha sonra onun beşiyi olan Qarabağın itirilməsindən bəhs edilir.

Ekran işində həmçinin, 1972-ci ildə Los-Angelesdə yaşayarkən özü üçün muğamı kəşf edən Verbokun əslən dərbəndli olan yaşlı bir dağ yəhudisi ilə həyatını dəyişən görüşü haqda da məlumat verilir.

Filmin artıq Böyük Britaniyanın paytaxtı London da təqdimatı olub. Bu cür təqdimatların Avropanın digər ölkələrində təşkili də nəzərdə tutulub.

Layihənin digər rejissoru isə Keti-Robin Qartondur.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X