11:00 23.10.2016 827

"Qəbələ"nin gənc vəiddialı sahibivar”- Aleksey Qay

“Qəbələ”nin sabiq futbolçusu, hazırda “Kuban”nın şərəfini qoruyan Aleksey Qay Rusiya mətbuatına (sports.ru) geniş müsahibə verib. Fanat.Az ukraynalı yarımmüdaiəçinin müsahibəsindən bizim üçün maraqlı olacaq məqamları diqqətinizə çatdırır.


- Azərbaycana gedərkən, işin maliyyə tərəfi sizin üçün daha çox önəm kəsb edirdi?

- “Qəbələ”yə keçidimdə  dəqiq ilk yerdə maliyyə amili deyildi. Mənim həyatdakı mövqeyim bu cürdür: futbola yalnız qazanc gözü ilə baxma, öz öhdənə düşəni keyfiyyətli şəkildə yerinə yetirdiyin bir iş kimi gör. Pul mənim üçün stimul, motivasiya deyil. İstəyirəm ki, öz ustalıq səviyyəmi və psixologiyamı inkişaf etdirəm, öz əməyimin qarşılığında pul alam.


-  Azərbaycandan niyə getdiniz? “Qəbələ” ilə yeni müqavilə bağlamaq imkanınız yox idi?

- Açığı, müqaviləmin müddəti başa çatandan sonra klub rəhbərliyi tərəfindən əməkdaşlığın davam etdirilməsi üçün xüsusi həvəs görmədim.  Və sonda vəziyyət o həddə qədər yuvarlandı ki, mən öz-özümə dedim ki, "Qəbələ"də qalmayacağam. Bu kluba qarşı məndə heç bir inciklik yoxdur, əksinə, yalnız minnətdaram ki, başqa bir ölkədə, mənim üçün yeni olan həyatı görməyə şərait yaratdılar. Axı, mən Azərbaycanda iki maraqlı mövsüm keçirdim.



- Sizi Azərbaycanda daha çox nə təəccübləndirdi?

- Vaxtilə azərbaycanlı jurnalistlər də bu sualı mənə verirdilər və mən bir məqamı nəzərə aldım ki, onların ölkəsi barədə düzgün saymadıqları bir söz deyəndə, inciyirlər. Məsələn, mən onların trasda maşın sürməylərinə deyinmişdim. Getdiyin yerdə, sənin zolağında əks istiqamətdən avtomobil qarşına çıxa bilər.  Çünki həmin sürücüyə 20-30 metr sonra dönmək lazımdı! Onlar üçün bu normaldır, mənim üçün isə vəhşilik. Amma sonra mətbuatda və internetdə müsahibəmlə bağlı şərhləri oxuyanda,  replikalarla qarşılaşdım. Ona görə də azərbaycanlıların əsas cəhətlərindən biri – kənar adamların ölkələri haqda dediyi sözü ürəklərinə salmalarıdı.


- Bəs, "alovlar şəhəri" Bakı diqqətinizi nə ilə cəlb etdi?

- Mən Bakını nümunəvi şəhər adlandırardım: Bakı, eyni zamanda həm müasir, həm də tarixi şəhərdir, üstəlik, orada Şərq və Qərb heyrətamiz şəkildə uzlaşır. Bakıda olmayan hər kəsə təkidlə ora səyahət etməyi məsləhət görərdim. Yeri gəlmişkən, son illər Bakını bu qədər gözəlləşdirdikləri üçün şəhər rəhbərliyinə minnətdarlığımı bildirirəm.



- 2 milyon insanın yaşadığı paytaxtdan şimalda yerləşən Qəbələnin cəmi 13 min əhalisi var. Necə oldu ki, şəhərin eyni adlı təmsilçisi indi ölkədə adından söz etdirir.

- Burada, demək olar ki, bir çox amillər mövcuddur. Məsələ ondadır ki, Azərbaycan da bir çox postsovet məkanının ölkələri kimi, maliyyə böhranından yan ötməyib və yerli futbolda pul böyük ölçüdə azalıb. Bax, buna görə də ölkənin futbol nəhəngləri son vaxtlar qeyri-sabit çıxış edir. "Neftçi" və "İnter" kimi paytaxt klubları aparıcı rollarını itirib, onları “Qəbələ” və Ağdamın “Qarabağ” klubu əvəzləyib. "Qəbələ"nin komandasını yüksəkdə görmək istəyən gənc  və iddialı sahibi  var, hansı ki, Roman Qriqorçuk kimi usta məşqçini dəvət edib. Onun dövründə komanda bürünc medalları qazandı və ardıcıl ikinci mövsümdür ki, Avropa Liqasının qrup mərhələsində çıxış edir.


- Görünür, sizi "Qəbələ"yə məhz Odessada çiyin-çiyinə çalışdığınız Roman Qriqorçuk çağırıb?

- Bəli, Ukraynadakı çətin dövrlərə qayıtsaq, "Çernomorets"in heç nəyi yox idi. Ona görə də Qriqorçuk özünə yeni iş yeri axtarmalı oldu. O əvvəlcədən demişdi ki, məni özü ilə aparacaq. Mənə yalnız oturub gözləmək və internet vasitəsi ilə onun hara gedəcəyini izləmək qalırdı. Günlərin bir günü eşitdim ki, "Qəbələ"dədir və tezliklə Qriqorçuk öz təklifi ilə mənə zəng vurdu..


- Bu mütəxəssisi necə xarakterizə edərdiniz?

- Roman İosifoviç futbolla aşıb-daşır, məşq prosesini və oyunçularla şəxsi ünsiyyəti sevir. Bu məşqçinin öz istiqaməti var, hansı ki onu dəyişmək istəmir. Qriqorçuk təkid edir ki, komanda hücumda güclü olmalıdır, lakin bu zaman müdafiəni unutmamalı, futbolçular isə qorxmadan irəliyə getməli və oyunu öz üzərilərinə götürməkdən çəkinməməlidirlər.


- Ötən avrokubok mövsümündə "Borussiya" PAOK və və "Krasnodar"la bir qrupda yer alanda, "Qəbələ" özünü necə hiss edirdi?

- İştaha, necə deyərlər, yemək zamanı gəlir. Daha çox xal yığa bilərdik. Məsələn, Krasnodarda yaxşı oynadıq, 1:2 hesabı ilə uduzsaq da, kifayət qədər yaxşı məqamlarımız oldu. Üstəlik, hakim qolumuzu saymadı . Lakin əlbəttə ki, qrupdan çıxmağa ümid etmirdik.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

21:20

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

20:58

Neymar imicini dəyişdi - FOTO

20:39

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: "Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik"

20:17

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

19:54

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

19:12

İvan Rakitiç karyerasını bitirdi

18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

17:25

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

17:06

Lyakazettin zinət əşyalarını və pullarını oğurladılar

16:48

Azərbaycan - Macarıstan oyununun biletləri satışda

16:30

Ronaldunun oğlu millidə ilk qolunu vurdu, atasının tərzində qeyd etdi - VİDEO

16:12

"Şamaxı"nı 5 legioner tərk edir - ADLAR

15:53

Azərbaycan millisi dünya çempionatının son hazırlığına başlayır

15:35

Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

15:17

Xabi Alonso bu futbolçunu "Real"a gətirməklə özü məşğuldur

14:58

"30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər" - Mikel Arteta

14:40

"Fulhem" "Mançester Siti", "Arsenal" və "Liverpul"dan daha artığını bacardı - REKORD

14:21

"Ayaks"ın italiyalı baş məşqçisi klubdan ayrıldığını bəyan etdi

14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X