Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo seçmə komandası Avstriyanın İnnsbruck şəhərində kecirilən “Austrian Open” də uğura imza atıblar.
İdman24.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun heyətə cəlb etdikləri idmançılardan Nurlan Fətəliyev (-53 kg) və Nicat Əsgərli (-61 kg) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Əliələsgər Əliyev (-61 kg) isə finalda komanda yoldaşı Nicat Əsgərliyə məğlub olaraq gümüş medalla kifayətlənib. Digər taekvondoçulardan Əli İsazadə (- 37 kg) və Bəxtiyar Həsənov (-49 kg) bürünc medalla yarışı başa vurublar.
Qeyd edək ki, komandalar arasında 2 qızıl, 1 bürünc və 2 gümüş medalla 7-ci yerdə qərarlaşan idmançılarımız 6 iyunda Bakıya dönəcəklər.
İdman24.az