Bu yaxınlarda Azərbaycanda səfərdə olan türkiyəli futbol mütəxəssisi Yılmaz Vural Xəzər TV-yə açıqlama verib. Fanat.az xəbər verir ki, Vural Azərbaycan millisinə baş məşqçi gələcəyi ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib:
“Mən bura futbol məktəbinin açılışına dəvət edilmişəm. Eyni zamanda AFFA prezidenti və “Neftçi” prezidenti ilə görüşümüz də nəzərdə tutulmuşdu. Ancaq onların işlərinin çoxluğu səbəbindən görüşümüz alınmadı. Həm də bilirsiniz, mənim fikrimcə Azərbaycan millisində yerli məşqçi işləməlidi. Foqts təcrübəli və dünya şöhrətli məşqçidi. Amma Azərbaycana nə qazandırdı? Nəticə yoxdursa, Foqtsun burda nə işi var? Foqts güclü məşqçidi, amma öz ölkəsində".
Berti Foqtsdan danışan türkiyəli mütəxəssis öz ölkəsini nümunə gətirib: "Türkiyə də bu problemi yaşayıb və təəssüf ki, indi də bunu Azərbaycan yaşayır. Bizim ölkədə Del Boske, Araqones, Löv kimi məşqçilər işləyib və heç biri də uğur qazana bilmədi. Bu, o demək deyil ki, onlar zəif məşqçidi. Sadəcə türklər elədi ki, işdən əvvəl ürək qoyurlar. Odu ki, istər Türkiyədə, istərsə də Azərbaycanda millidə yerli məşqçi işləməlidi”.