"Sivasspor"un yeni baş məşqçisi Roberto Karlos rəhbərlikdən Diego Lugano və Baptistanın transfer edilməsini istəyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, məşqçi "Sivasspor"u daha güclü bir klub halına gətirmək üçün bir neçə transfer edilməsini təklif edib. Braziliyalı oyunçunun "Fənərbaxça"da birlikdə forma geydiyi Diego Luganonu və Braziliya Milli Komandasında birlikdə forma geydiyi Baptistanı transfer etmək istədiyi iddia edildi.
İdman24.az