Bu gün Avropa Liqasında da IV turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" doğma meydanda Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşıb.
İki həftə əvvəl səfərdə "Sent-Etyen"ə minimal hesabla yenilən "qırmızı-qaralar" yenə məğlubiyyətlə barışmalı olublar - 1:2.
Avropa Liqası
Qrup mərhələsi
IV tur, 3 noyabr
C qrupu
22.00 Qəbələ (Azərbaycan) - Sent-Etyen (Fransa) 1:2
Qol: Ruslan Qurbanov, 39 - Ussama Tannane, 45+1. Beriç, 53
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sent-Etyen: 16. Stefan Rufye, 10. Ussama Tannane, 11. Henri Sayvet, 12. Şeyx Mbenqu, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin, 25. Kevin Malsuit, 27. Robert Beriç.
Ehtiyat oyunçular: 30. Cessi Mulin (q), 2. Kevin Teofil Katrin, 4. Leo Lakro, 5. Vinsent Pajot, 9. Nolan Ru, 23. Aleksandr Soderlund, 35. Arnaud Nordin.
Baş məşqçi: Kristof Qaltye.
Hakimlər: Karlos Del Serro Qrande, Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez, Abraham Alvarez Kanton (İspaniya).
Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido (İspaniya).
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə).
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan).
Bakı. "Bakcell Arena".
1 | Anderlext | 4 | 2 | 2 | 0 | 11:4 | 8 |
2 | Sent-Etyen | 4 | 2 | 2 | 0 | 5:3 | 8 |
3 | Maynts | 4 | 1 | 2 | 1 | 6:10 | 5 |
4 | Qəbələ | 4 | 0 | 0 | 4 | 4:9 | 0 |
Fanat.Az