"Qəbələ" "Sent-Etyen"lə oyunda baş məşqçisiz qalıb. Fanat.Az xəbər verir ki, Roman Qriqorçuk matçın 45-ci dəqiqəsində texniki zonadan uzaqlaşdırılıb.
Buna səbəb onun hakimə iki dəfə etiraz etməsi olub. Matçı idarə edən ispan Karlos Del Serro Qrande ukraynalı mütəxəssis onu texniki zonadan kənarlaşdırıb.
Qeyd edək ki, Qriqorçukun texniki zonanı tərk etməsindən 1 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.
Fanat.Az