Topaz Premyer Liqasının avqust ayı üçün ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, Peşəkar Futbol Liqasının keçirdiyi sorğuda "Bakı"nın üzvü Cavid Hüseynov qalib olub.
Qeyd edək ki, Cavid avqust ayındakı "Simurq" və "Rəvan"la oyunlarda 3 qol vurub. Ayın son günündə "Neftçi" ilə keçirilən qarşılaşmada isə o, rəqibinin üzünə əllə zərbə endirdiyinə görə qırımızı vərəqə alıb və AFFA tərəfindən 3 oyunluq cəzalandırılıb.