15:02 14.11.2016 851

Ölkə futboluna zərbə vuran ikibaşlı dəyənək –legioner limiti

Azərbaycanın futbol təsərrüfatına  rəhbərlik edən şəxslər illərdi “bizə yerli oyunçular lazımdır” deyib, legioner limiti prioritet seçiblər. Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda müəyyən limitlər tətbiq olunmaqdadır.


Premyer Liqa: 6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir. 


Əvəzedicilər: Oyunlar zamanı komandanın heyətində 8 nəfərdən az olmayaraq, 1994-cü il və daha gənc təvəllüdlü oyunçular (Azərbaycan vətəndaşı) iştirak etməlidir.  Oyunlar zamanı 5 əvəzetməyə icazə verilir.  


I divizion:  Bu yarışda limit 6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) sisteminə uyğundur. 


Azərbaycan Kuboku: 6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir. 


İllərdi Premyer Liqa və Azərbaycan Kuboku oyunlarında aşağı-yuxarı oxşar limit tətbiq olunur. Nəticə? Səviyyəli yerli oyunçuların sayında artım yoxdur, əksinə, ciddi şəkildə azalma müşahidə olunmaqdadır. Götürək elə millinin Şimali İrlandiya ilə oyun üçün çağırılmış heyətin. Həmin heyətdən kiminsə limitin sayəsində yetişdiyini, üzə çıxdığını söyləmək olarmı?


Legionerlə limitin tətbiq edilməyin çox mənasız yanaşmadır. Bu sistem çoxdan iflasa uğrayıb. Lakin çox təəssüf ki, bir çox məsələlərdə olduğunu ki, futbolda da Avropanın deyil, Rusiyanın addımlarını izləyirik, onlar kimi 6+5 limiti tətbiq edirik. Şimal qonşularımızın gününə isə Böyükağa Hacıyev demiş, 1 ana, 4 bacı lazımdır ki, oturub ağlasın...


Zarafat bir yana, Rusiyada da mütərəqqi fikir sahibləri limit ölkə futbolu üçün bir bəla olduğunu izah etməyə çalışırlar. Hətta, orada çalışan əcnəbi məşqçilər də öz mövqelərini ortaya qoyurlar.


Məsələn, “Zenit”in rumıniyalı baş məşqçisi Mirça Luçesku vəziyyəti çox gözəl izah edərək,  limitin əslində inkişafın qarşısını aldığını bildirdi: “Hesab edirəm ki, Rusiyada mövcud olan legioner limiti çox böyük səhvdir. Mən buna qarşıyam. Rusiya yığmasının Fransada keçirilən Avropa çempionatındakı çıxışı legioner limitinin tətbiqinin yanlış olduğunu göstərdi. Rusiyalı futbolçular yalnız ona görə əsas heyətin oyunçuları olublar ki, onlarda müəyyən pasportu var. İnkişaf üçün onlarda səbəb yoxdur. Təəssüf ki, limit idmanın mahiyyəti olan rəqabəti məhv edir. Aydındır ki, limitin qəbul edilərkən, məqsəd yerli oyunçulara kömək etmək olub. Lakin bu, iki başı olan bir dəyənəkdir. Rəqabət - millətindən asılı olmayaraq hər bir futbolçu üçün rəqabət bazasıdır. Oyunçuları yetişdirmək üçün ikinci liqa və başqa klublar var. Çempionlar Liqasında əlində yetişməli futbolçularla oynamaq çətindir”.


Aydın məsələdir ki, limitin ləğvində  əsasən avrokubokda çıxış edən klublar maraqlıdır. Təsadüfi deyil ki, “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov dəfələrlə limitin onların işinə maneəsindən söz açıb, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə limitin faydasız olduğunu bəyan edib.


Narazılıqlara baxmayaraq, limitin tamamilə ləğvi mümkünsüz görünür. Çünki hələ də bəziləri düşünür ki, 2020-ci ildə güclü Azərbaycan millisi görmək üçün limit vacibdir.


Ancaq bu işdə müəyyən irəliləyiş var. Klublar Komitəsinin ötən ay baş tutan sonuncu iclasından sonra sədr Fikrət Hüseynov limitlə bağlı yeni təklif hazırladıqlarını və AFFA İcraiyyə Komitəsinə təqdim edəcəklərini bildirdi: “Qəbələ” və “Qarabağ” klubları limitin 6+5-dən, 7+4-ə dəyişdirilməsinin tərəfdarıdır. Qərara gəldik ki, növbəti iclasa hər klub öz təklifi ilə gəlsin və onları AFFA İcraiyyə Komitəsinə təqdim edək. "6+5"dən 7+4"dək artırılması ilə bağlıdır”


Təbii ki, yaxın perspektivdə qeyri-adi bir hadisə baş verməsə hazırda tətbiq edilən limitin indikindən ciddi şəkildə fərqlənən formulla dəyişdiriləcəyi inandırıcı görünmür. Təsadüfi deyil ki, “Qəbələ” və “Qarabağ” klublarının rəhbərləri də 7+4 təklif ediblər. Hərçənd bu formulda avrokubokda çıxış istənilən komanda üçün maneədir. 


Milli komandanın beynəlxalq arenada uğurlu çıxış etməyi klublarımızın avrokuboklarda əldə etdiyi nəticələrdən birbaşa asılıdır. Ona görə də, AFFA rəhbərliyi bu işə bir çözüm tapmalıdır. Avrokubokda mübarizə aparan komandaların da yolunu açmaq lazımıdır.


Fanat.Az İdman Agentliyi olaraq bizim də legioner limiti ilə bağlı müəyyən təkliflərimiz var:


1.Avrokuboka vəsiqə qazanan klublara fərqli limit tətbiq edilsin. Məsələn, “Qarabağ” və “Qəbələ” üçün 8+3, digərlərinə 6+5.


2.Əsas heyətində 2 nəfər 1994-cü il təvəllüdlü futbolçu oynadacaq klublara müəyyən məbləğdə pul ödənilsin. Bu, maddi imkanı aşağı olan klublar üçün dəstək, avrokubokda çıxış edənlər üçün isə yaşıl işıqdır. Yəni, həmin klublar gənc oyunçu oynatmaq yükündən azad olarlar.


3.Matçların deyil, mövsümün iştirak ərizəsi üçün limit tətbiqi. Məsələn, hər bir kluba heyətində 12 legioner saxlamağa icazə verilsin. 


Ümumiyyətlə, limit məsələsi bu sahəni dərindən bilən, beynəlxalq təcrübəsi olan şəxslərin, klub rəhbərlərinin, məşqçilərin iştirakı ilə geniş müzakirə olunmalı və yalnız bundan sonra yekun qərar verilməlidir. Bu, yalnız İcraiyyə Komitəsinin üzvlərinin ixtiyarına buraxılacaq bir iş deyil.


Bu günə qədər limitin ciddi bir faydasını görməmişik, bundan sonra da heç nə dəyişməyəcək. Luçeskunun da dediyi kimi, limit – ikibaşlı bir dəyənəkdir: bir tərəfi ilə avrokuboka çıxış edən klublarımıza, digər tərəfi ilə isə yerli futbolçuların inkişafına zərbə vurur.


Bəli, futbolçuların inkişafına məhz zərbə vurur, onları irəli aparmır. Çünki yerli oyunçu limitə arxayındır, oyayacağını bilir. Ona görə də heç vaxt risk etmək, irəliyə baxmaq barədə düşünmür. Təsadüfi deyil ki,  futbolçularımız Avropaya meyl etmirlər. Ona görə yox ki, Avropada onları heç kim istəmir, əsas ona görə ki, yerli oyunçu vətəndə gedə biləcəyi yerdən daha çox qazanır. 


Ancaq limit olmasa, futbolçularımız həm daxildə, həm də xaricdə ciddi rəqabətlə üzləşərlər. Onlarla eyni səviyyədə, amma onlardan 2-3 dəfə aşağı qiymətə oynamağa razı olan əcnəbilər peyda olar – bütün tablo dəyişər. İnkişaf rəqabətdən doğur. Limitdən yapışıb 2020-yə milli üçün oyunçu hazırlamaq yanlış seçimdir...


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X