19:46 25.09.2013 657

Və yenə Azərbaycansayağı...GÜNDƏM

Bu gün Topaz Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə jurnalistlərin suallarını cavablandıran PFL prezidenti Ramin Musayev yayım məsələsinə də toxundu.

 

“Premyer Liqanın yayım hüququnu "Topaz"a həvalə edəndə bəziləri bu addımımızı tənqidlə qarşıladı. Ancaq əməkdaşlığımızın müsbət tərəfini görüb işıqlandırmadılar. Elə tur oldu ki, 5 oyunun hamısı göstərildi. Bəzi problemlərlə üzləşirik. Bir sıra klublar yayımdan imtina edir. Canlı yayım təşkil edirik, deyirlər istəmirik, etməyəndə də deyirlər ki, oyunumuzun göstərilməsini istəyirik. Elə problemlər var ki, açıqlamaq olmur. Amma bütün günahları PFL-də görürlər." deyən Ramin bəyin sözlərində həqiqət var. Doğrudan da “Topaz” yarım milyon manat qiymət qoyulan yayım hüququnu ərməğan olaraq, futbol qurumundan alıb matçların ekranlara daşınmasının məsuliyyətini boynuna götürəndən sonra vəziyyət dəyişdi.


Sponsor Az.TV və onun törəməsi “İdman Azərbaycan”la razılaşıb. Əvvəlki mövsümlərlə müqayisədə irəliləyişin olduğunu da danmamalıyıq. Mərc kontorunun nümayəndələrinin telekanalın rəhbərliyindəki uyğun adamlarla xırmanda yabalaşmamaq üçün şərti hansı şumda kəsdiyini isə bilmirik. Hər halda, meydan sahiblərindən 2-3 min “boğmamış” əlini ağdan qaraya vurmayanlar hazırda fərqli mövqe tutub. dövlət televiziyasının əməkdaşları hazırda klublarla “şirinlik” davasına çıxmır. Hətta “Rəvan”ın da 2 ev oyunu canlı göstərilib.

 

Maraqlı olan məsələnin başqa tərəfidi. “Topaz”ın nümayəndələri reklamdan gəlir əldə ediləcəyini və qazancın 50 faizinin klubların hesabına köçürüləcəyini bildirmişdi. 7 tur geridə qalıb. Bukmeyker kontorundan isə bu yöndə hər hansı açıqlama gəlmir. Mövzu yada düşəndə beyinləri sual yağışı döyəcləyir: Oyunlar zamanı stadionda reklam yerləşdirib əvəzində pul vermək istəyən tapıldı?  Niyə klub rəsmilərinin hamısı birağızdan hansı pulu nə vaxt alacağından xəbərsiz olduğunu deyir? Ümumiyyətlə, çempionatın sponsoru ilkin öhdəliyində hər hansı dəyişiklik edibmi? Az.Tv və “İdman Azərbaycan” göstəriləcək oyunları özü müəyyənləşdirir. Belədə, reklamdan gələn gəlirin yarısı 10 klubun hesabına hansı bölgü ilə köçürüləcək? Bu yöndə imzalanmış rəsmi sənəd varmı? Varsa, haqqında heç olmasa dolğun şifahi məlumat vermək çətindimi? Yoxdursa, niyə yoxdur?

 

 

Sualların sayını artırmaq, hər şeyi acı bağırsaq kimi uzatmaq da olar. Mövcud durum Azərbaycan futbolu üçün xarakterik haldı. Reallıqla barışmalıyıq. Çünki yayım hüququ klubların özünə qaytarılsa, “kolxoz bazarı” yenidən açılacaq. Yayım məsələsində irəli addım atılıb. Və yenə Azərbaycansayağı. Qeyri-adi nə var ki? Məgər bura İngiltərədi? 

Fanat.az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X