Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında çempionatın XII turuna start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Keçirilən hər iki oyunda meydan sahibləri qalib gəlib. Belə ki, “Qəbələ” doğma meydanda “Zirə”ni, "Qarabağ" isə "Kəpəz"i məğlub edib.
Əvəzedicilərin çempionatı
XII tur
“Qəbələ” – “Zirə” 2:1
Qollar: Bəhlul Mustafazadə, 17; Sadiq Quliyev, 85 – Cavidan Ömərli, 69
“Qarabağ” – “Kəpəz” 2:1
Qollar: Namiq Ələsgərov, 83; 90+3 (p.) – Fərid Məmmədov, 75
1Qarabağ1282225-1226
2Qəbələ1162323-1220
3Neftçi1161414-1219
4İnter115249-817
5Zirə1244414-1216
6Kəpəz1234512-1413
7Sumqayıt103169-2110
8AZAL1120913-286