DÇ-2018-in seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə başa çatıb. Fanat.Az xəbər verir ki, bu gün ölkə çempionatında XII tura start verilib.
İlk oyun günündə iki matç baş tutub. Ölkəmizi Avropa Liqasında təmsil edən və liderliyi bölüşən “Qəbələ” “Zirə”ni, “Qarabağ” isə “Kəpəz”i qəbul edib. Hər iki görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da ölkə çempionatının şərikli liderləri növbəti 3 xallarını qazanıblar.
Topaz Premyer Liqası
XII tur
19 noyabr
15:00 “Qəbələ” – “Zirə” 1:0
Qol: Filip Ozobiç, 52
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu.
İlk dövrə: 2:0
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqnı, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 20. Sezar Meza Kolli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 19. Nurlan Novruzov, 77. Yamin Ağakərimzadə
Baş məşqçi: Adil Şükürov
18:00 “Qarabağ” – “Kəpəz” 1:0
Qol: Dino Ndlovu, 17
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
“Azersun Arena”.
İlk dövrə 1:1
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
“Kəpəz”: 88. Tadas Simaitis, 21. Novruz Məmmədov. 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 4. Qaraxan Əliyev
Baş məşqçi: Şahin Diniyev
№ | Klub | O | Q | H/H | M | T/F | X | |
1 | Qəbələ | 12 | 8 | 4 | 0 | 27:4 | 28 | |
2 | Qarabağ | 12 | 9 | 1 | 2 | 24:5 | 28 | |
3 | İnter | 11 | 5 | 5 | 1 | 17:11 | 20 | |
4 | Zirə | 12 | 4 | 2 | 6 | 10:13 | 14 | |
5 | Kəpəz | 12 | 2 | 6 | 4 | 7:11 | 12 | |
6 | Sumqayıt | 11 | 2 | 4 | 5 | 9:17 | 10 | |
7 | Neftçi | 11 | 3 | 0 | 8 | 9:25 | 9 | |
8 | AZAL | 11 | 0 | 4 | 7 | 4:21 | 4 | |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. |