“Bakı” klubunun rumıniyalı futbolçusu Marius Pena iş adamları sırasına daxil olub. Apasport.az saytının məlumatına görə, hücumçu vətənində yarım milyon avro sərmayə qoymaqla yeni “obyekt” açıb.
Paytaxt Buxarest yaxınlığındakı restoranı kazino ləvazimatları – poker stolları və “ruletka”larla təchiz edən Marius bununla gələcəyini qurmaq istəyir: “Bütün həyatı boyu futbol oynayası deyilik. Bu üzdən ailəni dolandırmaq üçün təqaüd haqda düşünməliyik. Rumıniyada əksər imkanlı adamlar kazino həvəskarıdır. Bu üzdən mənim biznesimdə qazanc əldə etmək mümkündür. Lakin hər şeyi itirmək də olar”.
Kazinonun ilk müştərisi məşhur müğənni Adrian Minune olub. 39 yaşlı kazino həvəskarı ilk gecədə 10000 avro qazancla ayrılıb.
Açılış mərasimində Penanın futbolçu dostları da iştirak edib.
İdman24.az