Premyer Liqanın VIII turuna hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması, Azərbaycan derbisi adlandırılan "Neftçi" - "Qarabağ" matçı FİFA referisi Rəhim Həsənova tapşırılıb.
"Xəzər Lənkəran" - "İnter" oyununu Orxan Məmmədov idarə edəcək. Turun başqa bir maraqlı qarşılaşmasında - "Simurq" - "Qəbələ" görüşündə ədaləti Fariz Yusifov qoruyacaq. "Bakı" - "Sumqayıt" matçında Elvin Əsgərov, "Rəvan" - AZAL qarşılaşmasında Rauf Cabbarov fit çalacaq.
Premyer Liqa oyunlarına təyinat alan 8 hakimdən 3-2 - FİFA referisi Əliyar Ağayev, beynəlxalq dərəcəli keçmiş hakim Vüsal Əliyev, həmçinin Ramil Diniyev bu turda baş hakim olmayacaq. Əliyev əlavə hakim kimi iş başında olacaqsa, Ağayevlə Diniyev ümumiyyətlə təyinat almayıb.
Qeyd edək ki, VIII turun 3 oyununa 6 hakim təyinat alıb: "Xəzər Lənkəran" - "İnter", "Neftçi" - "Qarabağ" və "Rəvan" - AZAL.
27 sentyabr
Xəzər Lənkəran - İnter
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran şəhər stadionu. Saat 19.00.
28 sentyabr
Bakı - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 16.00.
Neftçi - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakcell Arena". Saat 19.00.
29 sentyabr
Simurq - Qəbələ
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
"Şəfa" stadionu. 18.00.
Rəvan - AZAL
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bayıl Arena". Saat 19.00.