AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qarabağ” 1000 manat cərimələnib. Buna səbəb “Kəpəz”lə oyunda Ağdam klubunun 4 futbolçusunun sarı vərəqə alması olub.
"İnter"lə oyunun 68-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılan AZAL-ın futbolçusu Brian Fok bir oyunluq cəzalanıb. Klub 200 manat cərimə edilib.
Əvəzedicilərin çempionatında isə "Qəbələ" və "Kəpəz" 400 manat cərimələnib. "Qəbələ"nin "Zirə", "Kəpəz"in isə "Qarabağ"la oyunda 4 futbolçus sarı vərəqə alıb.
Fanat.Az