"Simurq" daha bir transferini rəsmiləşdirib. Komanda Rövşən Əmiraslanovla iki illik müqavilə imzalayıb. 27 yaşlı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 9 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Rövşən Əmiraslanovun son klubu "Qəbələ" olub. Bundan qabaq isə "MOİK", "Masallı" və "İnter"də karyerasın davam etdirib.