19 yaşadək futbolçulardan ibarət milli komandamız Bakıda təşkil olunan seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.
Fanat.Az “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi Fərid Nəbiyev olub.
Qeyd edək ki, millimiz ilk yoxlama oyununda I divizion təmsilçisi “Səbail”ə qalib gəlib (3:1).
Fanat.Az