AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin ölkə birinciliyinin XXV turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" matçı ilə bağlı qərar verib.
Oyunun 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA onu 1 oyunluq cəzalandırıb, klub 100 manat cərimə olunub. "Qəbələ" 5 futbolçusu sarı vərəqə aldığından əlavə olaraq 400 manat ödəyəcək.
Fanat.Az