Çempionlar Liqasının qrup mərhələsinin son turunun rəmzi komandası açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA rəmzi komandaya Türkiyə millisinin üzvü Arda Turanı da salıb.
Münhenqladbax "Borussiya"sı ilə oyunda 3 qol vuran və 1 qol ötürməsi verən "Barselona"nın üzvü UEFA-nın diqqətindən yayınmayıb.
Qapıçı: Serxio Rixo ("Sevilya").
Müdafiəçilər: Ludviq Auqustinsson, Matias Yorqensen (hər ikisi"Kopenhagen"), Daniele Ruqani ("Yuventus").
Yarımmüdafiəçilər: Sergey Sudorçuk ("Dinamo" Kiyev), Andre Silva ("Portu"), Vitali Buyalski ("Dinamo" Kiyev), Arda Turan ("Barselona").
Hücumçular: Andrey Yarmolenko ("Dinamo" Kiyev), Dele Alli ("Tottenhem"), Lukas Peres ("Arsenal").
Fanat.Az