14:59 09.12.2016 717

"İlin ən yaxşısı" adına namizədlər açıqlandı

"İlin qalibləri-2016" layihəsində növbəti mərhələnin icrasına başlanılıb. İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, "Report" agentliyinin informasiya dəstəyi ilə həyata keçirilən layihənin bu mərhələsində 8 nominasiyadan əsasən, futbol sahəsi üzrə namizədlər açıqlanıb.


Bura "İlin futbolçusu", "İlin baş məşqçisi", "İlin komandası", "İlin mətbuat katibi" nominasiyaları daxildir. Eyni zamanda "İlin idman xadimi" nominasiyası üzrə də namizədlərin seçiminə başlanılıb. Siyahı Azərbaycan klublarının iştirak etdiyi Avropa Liqasının qrup mərhələsindəki mübarizə yekunlaşdıqdan sonra rəsmiləşib.


"İlin yerli idmançısı", "İlin əcnəbi idmançısı", eləcə də digər növlər üzrə "İlin baş məşqçisi", "İlin komandası", "İlin mətbuat katibi" və "İlin idman jurnalisti" nominasiyalarında qaliblər isə dekabrın 13-də - taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulduqdan sonra açıqlanacaq.


Sorğu Azərbaycanın müxtəlif KİV-lərində çalışan idman jurnalistləri arasında, hər bir KİV-dən bir jurnalist olmaqla, keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən savayı şəxs və ya komandanı qalib kimi göstərə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın sonlarında təntənəli mərasimdə mükafatlandırılacaq.


Namizədlər aşağıdakılardır:


İlin idman xadimi


Azad Rəhimov (Gənclər və idman naziri) - Təşkilat Komitəsinin sədri olduğu Formula 1 üzrə Avropa Qran Prisi ilk dəfə Bakıda lazımi səviyyədə keçirildiyi və Azərbaycan komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında tarixdə ilk dəfə 18 medal qazandığı üçün;


Elçin Zeynalov (Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti) - Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə avarçəkmənin olimpiada proqramındakı bütün növlərində (akademik avarçəkmə, kayak, kanoe, kanoe-slalom) təmsil olunduğu və 2 olimpiya medalı qazandığı üçün;


Fazil Məmmədov (Azərbaycan Güləş Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı 18 medalın yarısını güləşçilər əldə etdiyi və "Tour dAzerbaidjan" veloyürüşünün ardıcıl 4-cü ildir keçirilməsini təmin etdiyi, "Synergy Baku" ardıcıl ikinci il yürüşün qalibi olduğu üçün;


Kəmaləddin Heydərov (Azərbaycan Boks Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının prezidenti) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı Azərbaycan taekvondoçusu qazandığı, olimpiadalar tarixində ilk dəfə taekvondo üzrə 3 medal, boks üzrə isə gümüş medal əldə olunduğu üçün;


Rövnəq Abdullayev (Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Cüdo Federasiyasının prezidenti) - Futbol üzrə Azərbaycan milli komandası tarixdə ilk dəfə 2018-ci il dünya çempionatının seçmə mərhələsində qrupdakı ilk 4 oyununu 7 xalla başa vurduğu və Azərbaycanın 2 cüdoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazandığı üçün;


İlin yerli futbolçusu


Kamran Ağayev (Bakı "İnter"i / Portuqaliyanın "Boavişta" klubu və Azərbaycan millisi) - Qapıçı kimi klubunda və yığmada rəqiblərin bir çox təhlükəli hücumunun qarşısını aldığı üçün;


Maksim Medvedev ("Qarabağ" və Azərbaycan millisi) - Klubunun və Azərbaycan millisinin heyətindəki sabit çıxışına görə, eləcə də Azərbaycan Premyer Liqası və ölkə kubokunu, eləcə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında rolu və seçmə tsikldə Norveç üzərində qələbə topunun müəllifi olduğu üçün;


Rəşad Sadıqov ("Qarabağ" və Azərbaycan millisi) - Kapitan kimi klubunun Azərbaycan Premyer Liqası və ölkə kubokunda, eləcə də Avropa Liqasında qrup mərhələsinədək irəliləməsində xüsusi roluna görə;


Rövşən Hüseynli (futzal üzrə "Araz Naxçıvan klubu və Azərbaycan millisi) - Qapıçı kimi etibarlı çıxışı ilə klubunun heyətində elit-raunda, yığma ilə ilk dəfə qatıldıqları dünya çempionatında 1/4 finalınadək irəliləyə bildikləri üçün;


Ruslan Qurbanov ("Neftçi" / "Qəbələ" klubu və Azərbaycan millisi) - "Neftçi"də Azərbaycan Premyer Liqasının yerli futbolçular arasında bombardiri olduğu, hər iki klubun heyətində Avropa Liqasında qol vurduğu və Azərbaycan millisinin San-Marino ilə səfər oyununda qələbə topunun müəllifi olduğu üçün;


İlin komandası (Futbol)


Futbol üzrə Azərbaycan milli komandası - tarixində ilk dəfə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ili 4 oyundan 7 xalla başa vurduğu üçün;


Futzal üzrə Azərbaycan milli komandası - İlk dəfə iştirak etdiyi dünya çempionatında 1/4 finaladək irəlilədiyi üçün;


"Kəpəz" - Azərbaycan Premyer Liqasına qayıtdıqdan sonra ilk mövsümdəcə Avropa Liqasına vəsiqə qazanaraq, tarixində ilk dəfə mərhələ adladığı üçün;


"Qarabağ" - Azərbaycan Premyer Liqası və ölkə kubokunun qalibi olduğu, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində 7 xal qazandığı üçün;


"Qəbələ" - ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün;


İlin baş məşqçisi (Futbol komandaları üzrə)


Qurban Qurbanov ("Qarabağ") - Klubuna ardıcıl üçüncü mövsüm Azərbaycan Premyer Liqasının qızıl medallarını, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdığı, ilk dəfə "qızıl dubl" etdiyi və Avroliqanın qrupunda 7 xal topladığı üçün;


Robert Prosineçki (Azərbaycan millisi) - Komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ilk dəfə 4 oyundan 7 xal topladığı, Azərbaycan yığmasını FİFA reytinqində 90-cı pilləyə yüksəltdiyi üçün;


Roman Qriqorçuk ("Qəbələ) - Klubuna ardıcıl ikinci mövsüm Azərbaycan Premyer Liqasının bürünc medallarını və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdığı üçün;


Şahin Diniyev ("Kəpəz") - Azərbaycan Premyer Liqasına qayıtdığı ilk mövsümdəcə klubuna Avropa Liqasına vəsiqə qazandırdığı və tarixdə ilk dəfə avrokuboklarda bir mərhələ keçdiyi üçün;


Yaşar Vahabzadə (U-21 Azərbaycan yığması) - Tarixdə ilk dəfə 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsini 6 komanda arasında 9 xalla 4-cü pillədə başa vurduğu üçün;


İlin mətbuat katibi (Futbol üzrə)


Anar Hacıyev - "Qəbələ"

Aslan Şahgəldiyev - PFL

Azad Mustafayev - "Kəpəz"

Cəmilə Sultanova - Bakı Olimpiya Stadionu

Mikayıl Nərimanoğlu - AFFA

Nurlan İbrahimov - "Qarabağ"

Səbuhi Məmmədov - "İnter"


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
17:01

MPL: 35-ci tur start götürdü - YENİLƏNİR

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

Facebookdan bizi izləməyi unutmayın.
X