"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə ilk oyununa tam heyətlə çıxa bilməyəcək. Fanat.Az xəbər verir ki, baş məşqçi Elxan Abdullayev matçdan öncə ciddi problemlərlə üzləşib.
Belə ki, baş məşqçi bu oyunda Elşən Abdullayev, Cavid İmamverdiyev, Mahir Şükürov və Araz Abdullayevin xidmətindən yararlana bilməyəcək. Jonas Pesalli və Məqsəd İsayevin isə meydana çıxması sual altındadı.
Qeyd edək ki, "Zirə" - "Neftçi" matçı bu gün saat 17.00-da start götürəcək.
Fanat.Az