Heyətin formalaşdırmaqda davam edən "Simurq" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Komanda Tural Axundovla rəsmi müqavilə bağlayıb. Gənc futbolçu növbəti iki mövsümü Zaqatala təmsilçisinin heyətində mübarizə aparacaq. 25 yaşlı müdafiəçi "Simurq"un heyətində 18 nömrəli forma geyinəcək.
Qeyd edək ki, Tural Axundovun son klubu paytaxtın "Rəvan" klubu olub.
İdman24.az