Elxan Abdullayevə qədər “Neftçi”də baş məşqçi postunda olan Vəli Qasımovun işinin öhdəsindən gəlmədiyini bilirsiz. Yaxın keçmişin istedadlı futbolçusuna yalnız nəticələrə yox, həm də işinə məsuliyyətsiz yanaşdığına görə qapı göstərilib.
Məsuliyyətsizliklə iş bitmir. Nə yazıq ki, legioner futbolçuların transferindən qazanılan kifayət qədər ciddi məbləğlər də söhbət mövzusudu. Klubu tərk edən icraçı-direktorun səriştəsizliyindən yararlanan Qasımovun yerli vasitəçilərin və bəzi xarici menecerlərin əliylə büdcəyə ciddi zərbə vurduğu bildirilir.
Məsələ o həddə çatıbmış ki, sabiq icraçı-direktor Elnur Məmmədova da cinayət işi açıla bilərmiş. Sonradan aparılan araşdırmalar Məmmədovun aldadıldığını üzə çıxarıb. Ancaq sübut üçün lazımi dəlillər tapılmadığından Qasımovu məhşər ayağına çəkmək də mümkün olmayıb. Hətta “ağ-qaralar”la əməkdaşlıqdan sonra əldə etdiyi “Lexus” markalı bahalı avtomobil də yalnız şübhə mənbəyi olaraq qalıb. Məlumatı bizə ötürən mənbə bundan sonra Vəli bəyi yığmalarda da görməyəcəyimizi iddia edir.
Fanat.Az