18:55 17.12.2016 964

"Qarabağ" qış çempionu oldu - "Neftçi" AZAL-a da uduzdu

Topaz Premyer Liqasında II dövrəyə yekun vurulub və qış fasiləsi başlayıb. Fanat.Az xəbər verir ki, XIV turun oyunları eyni gündə baş tutub.

İlin son turuna Qəbələdə start verilib. Şəhərin eyniadlı təmsilçisi “Kəpəz”i qəbul elib. Bu qarşılaşma Gəncədə keçirilməli olsa da, qərblilərin meydança probleminə görə, “qırmızı-qaralar”ın stadionunda oynanılıb. Ötən tur "Qarabağ"a uduzaraq zirvəni əldən verən "Qəbələ" qış çempionu olmaq üçün qələbə qazanmalı və "Qarabağ"ın məblubiyyətini arzulamalı idi. 3 penaltinin təyin olunduğu oyunda "Qəbələ" 2:1 hesablı qələbə qazansa da, qış çempionu ola bilməyib. Çünki "Qarabağ" "İnter"lə oyunda istədiyi nəticəni əldə edib. "Azərsun Arena"da baş tutan qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Bununla da "Qarabağ" fasiləyə lider kimi yollanıb. Bundan əvvəlki 4 turda meydanı qolsuz tərk etməyən "İnter"in qol, "Qarabağ"ın isə 6 oyunluq qələbə seriyası qırılıb. "Bankirlər" qış fasiləsinə 3-cü pillədə yollanıb.

Turun digər oyunlarına gəlincə, "Sumqayıt" doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə yenib. Bununla da "gənclik şəhəri" təmsilçisi qış fasiləsinə 4-cü pillədə yollanmaq imkanı əldə edib. Autsayder AZAL isə səfərdə "Neftçi"ni 1:0 hesabı ilə yenərək 17 oyunluq qələbəsizliyə son qoyub. Bu qələbə turnir cədvəlindəki vəziyyətə təsir etməsə də, "Neftçi" və AZAL arasındakı xal fərqinin minimuma enməsinə səbəb olub.

Qeyd edək ki, Premyer Liqayanın III dövrəsinə gələn ilin 28 yanvarında start veriləcək.

Premyer Liqa
2016/17 mövsümü
II dövrə, XIV tur

17 dekabr
Qəbələ - Kəpəz 2:1
Qollar: Filip Ozobiç, 23-pen. Ruslan Qurbanov, 84-penTural Axundov, 78-pen. 
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 14. Cavid Hüseynov, 21. Roman Hüseynov, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 90 Ramil Hasanov.
Baş məşqçi: Roman Qriqorçuk.
Kəpəz: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 10. Dario Federiko, 75. Yusif Cəfərov.
Baş məşqçi: Şahin Diniyev.
Qırmızı vərəqə: Renan Silva, 83.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Murad Məmmədov. 
Qəbələ şəhər stadionu.
 
Sumqayıt - Zirə 1:0
Qol: Mirabdulla Abbasov, 15.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Samir Abbasov.
Zirə: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov (k), 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 19. Nurlan Novruzov, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov.
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt şəhər stadionu.

Neftçi - AZAL 0:1
Qol: David Canelidze, 79.
Neftçi: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 13. Murad Ağayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 10. Cavid İmamverdiyev, 22. Mahir Şükürov, 49. İbrahim Əliyev, 26. Kamal Qurbanov.
Baş məşqçi: Elxan Abdullayev.
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 7. Kamal Mirzəyev, 88. Mirzağa Hüseynpur, 21. David Canelidze.
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 16. Aşkan Feyzi, 19. Elnur Süleymanov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Bakcell Arena".

Qarabağ - İnter 0:0
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 8. Migel Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 17. Abbas Hüseynov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 20. Aqşin Quluzadə, 98. Qara Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Fariz Yusifov, Namiq Yusifov, Akif Əmirəli, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
Suraxanı qəsəbə stadionu.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

14

10

2

2

26:6

32

2

Qəbələ

14

9

4

1

30:7

31

3

İnter

14

6

7

1

21:12

25

4

Sumqayıt

14

4

5

5

13:18

17

5

Kəpəz

14

3

6

5

10:13

15

6

Zirə

14

4

3

7

11:15

15

7

Neftçi

14

3

0

11

9:30

9

8

AZAL

14

1

5

9

6:25

8

Bombardirlər

Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X