“Rəqibi ilk qələbə münasibətilə təbrik edirəm. O ki qaldı oyunumuza, birinci hissəni yaxşı keçirdik. Amma futbolda vurmayan komandaya qol vururlar”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.
Topaz Premyer Liqasının XIV turunda AZAL-ı qəbul edən “ağ-qaralar” 0:1 hesablı məğlubiyyətlə üzləşiblər.
Matçdan sonra mətbuat konfransı keçirən Abdullayev bunları deyib: “Çoxlu epizodlardan istifadə edə bilmədik. Yekunda da uduzduq”.
- Edson Kastilyanın çıxışından razısızmı?
- Onun “Neftçi” ilə 2 illik müqaviləsi var. Üstəlik, 21 yaşı var. Pis futbolçu deyil, qabında nəsə var.
- Tərlan Əhmədovun “Neftçi”yə qarşı xüsusi hazırlaşdığını hiss etdinizmi?
- Mən oyun ərzində ona baxmırdım axı. Bu sualı Tərlan müəllimə versəniz, yaxşı olar.
- AZAL-dakı futbolçular sizdə olsaydı, bu “Neftçi”yə qalib gələ bilərdizmi?
- Bir oyunla nəsə demək olmur. Keçən tur biz “Zirə”yə qalib gəldik. Amma bu o demək deyil ki, biz onlardan güclüyük. Onlardan qat-qat zəifik. Hər şey büdcə ilə bağlı deyil.(Apasport.az)
Fanat.Az