Portuqaliyalı məşqçi Joze Mourinyonun həftə sonuna qədər "Çelsi" ilə rəsmi müqavilə imzalaması gözlənilir.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Mourinyo, "Bu an üçün "Çelsi"nin məşqçisiyəm deyə bilmərəm. Çünki deyiləm. Bazar ertəsi Londona gedirəm. Düşünürəm ki, bu gündən etibarən həftənin sonuna qədər klubla razılaşmış olacağam", deyib.
İdman24.az