09:00 19.12.2016 865

"Qapılarının ağzına elə bil Əsgər Abdullayev tüpürmüşdü" - "Çayxana söhbəti"

Dostlar yenə çayxanadaydı. Uzun Səfər burnunun suyunu darta-darta yenə yarımçıq qəndqabını çaydan sonra gətirdi. Şaxtadan gözləri yaşarmış futbol azarkeşləri adət halını almış gecikməyə görə irad bildirmədilər. Heç boz nəlbəkidəki nazik limon dilimlərini də tənqid atəşinə tutmadılar. Xoruzquyruğu çayın ətri ruhlarını təzələdi.

- Qaqa, bu dılğır gədə lap ağını çıxaqrdıf. Dinmədikcə də qudurur.
- Kayfdadı qaqa, işin olmasın. Görmürsən, Mahir Şükürov kimi yırğalana-yırğalana yeriyir...

- İstiyir lap Maradona kimi yerisin. Maa nə onun yerişinnən? Qəndi 2 saata tapır hər dəfə. 
- Yaxşı, arvad kimi deyinmə hər şeyə. Özün niyə gej gəldin?

- “Neftçi”nin oyununa getmişdim. Oyununa getmişdim deyəndə ki, yolum o tərəfə düşmüşdü. 
- Bir şey tuta bildin?

- Yox, qaqa. AZAL-a məğlubiyyət yazmışdım, gəlmədi. Hamısı gəldi, AZAL gəlmədi.
- Ə, kayfda Səfər döyül e, sənsən! Ə bədbaxt, “Neftçi”ni “Rəvan” da dağıdar! O “Neftçi” getdi... İndiki elitada qalmağa oynuyur. 

- Böyükağa yoxdu ta orda?
- Böyükağa Hacıyevi deyirsən?

- Hə, hə, o. O legionerləri mələdən kişi. Səsi xırıltılı...
- Çoxdan yoxdu.

- Bəs kimdi yerində?
- Əli, Vəli, Pirvəli... Harda iş tapmıyan başarıxsız varsa, hamısı. Dəəsən axırıncı dəfə Vəliydi. Pulları yedi, qaşdı. Sən mənnən “Qarabağ”ı soruş, deyim.

- Qaqa, sən də elə ancax “Qarabağ”ı tərifliyirsən. Baxıram e mən də. Əvvəlki döyüləm. Hər oyunun hesabın da bilirəm. “İnter”i iki oyunda uda bilmədi. 
- “İnter” yaxşı oynadı. Amma qapılarının ağzına elə bil Əsgər Abdullayev tüpürmüşdü. Sehir, tilsim, fal, cadu... Nə bilim ə, Vallah... Nə qədər vurdular, girmədi.

- Deyillər, “Zirə”nin də baş məşqçisi Xətai Məmmədofu iynəliyirmiş.
- Xətai yox e, Xaqani...

- Hə, onu. Komitə sədrin.
- Fikir vermə. Oynuya bilmiyəndə hakimləri günahkar çıxardıllar. Bekara söhbətdi.

- Nətər olur e, hamı elə Ömər Paşayevi bəyənmir?
- Qaqa, sudyalar sudya döyül. Bu öz yerində. Amma hakimin pul aldığına inanma. Uzağı Elxan Məmmədov öyrədər ki, “Sumqayıt”a dəstək versin.

- Baş katib?
- Sa ol, qaqa. Uje adamları zadı tanıyırsan haa. Xoşum gəldi. 

- Bəs deyirdin onun futboldan başı çıxmır...
- Nətər başa salım e, saa. Elə bil ki, öz bildiyim kimi çıxır dana.

- Bəs jurnalistdər onu niyə qovmur?
- Ayə, rəhmətdiyin nəvəsi, çoxu öz adamlarıdı. Hara qovullar, ə? Harda danışa bilən adam varsa, ağzını komitələrin peçatıynan bağlıyıflar. Qalannarı da bizi kimi danışır, səsdərin özdərinnən başqa heş kəs eşitmir.

- Maa bax e, indi ta qışda oynamıyajax bizimkilər, qaqa?
- Yox, fasilədi. Kubok oyunnarı qalıf. 

- O çempionat döyül?
- ...

- Hayn, qaqa?
- Sən canın dayan, təzə civi tutmuşam. Qoy buna bir-iki şey yazım. Danışarıx. Çayını soyutma.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X