Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Qarabağ", "Qəbələ", "Neftçi" və "İnter" final vəsiqə uğrunda mübarizə aparmaq imkanı qazanıb.
Hər iki oyunda "Sumqayıt"a böyük hesabla qalib gələn "Qarabağ" 1/4-də "Zirə"ni keçən "Neftçi" ilə qarşılaşacaq. Bu komandalar ötən il finalda üz-üzə gəlmişdi.
AZAL üzərində hər iki matçda qələbə qazanmış "Qəbələ" "Kəpəz"i mübarizədən kənarlaşdıran "İnter"i sınağa çəkəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol