Türkiyə mətbuatı maraqlı iddia ilə çıxış edib.
Sport7.az xəbər verir ki, qardaş ölkədə çalışan həmkarlarımız "Qəbələ"nin "Qalatasaray"ın hücumçusu, son günlər qol vurduqdan sonra polislərlə qucaqlaşmasıyla gündəmə gələn Yasin Öztekini transfer etmək istədiyini yazıb. Məsələnin daha bir maraqlı tərəfi türkiyəli jurnalistlərin azərbaycanlı futbol meneceri Günel Rusmana istinad etməsidi. Məlumatda qeyd olunur ki, "Qəbələ" Yasinə görə 3,5 milyon avro təklif etməyə hazırlaşır.
Bu məbləğ ilk baxışdan real görünmür. "Qəbələ"nin büdcəsinin 3,5 milyon avroluq transfer gerçəkləşdirməyə imkan verməməsi məlum məsələdi. Üstəlik, belə bahalı futbolçunun heyətə qatılması komandadakı ab-havanı, futbolçular arasındakı bərabərliyi pozar. Bu səbəbdən də transferin reallaşacağı inandırıcı görünmür.
Fanat.Az