“Neftçi” Azərbaycan Kubokunda yubiley məğlubiyyətini alıb.
Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin “Zirə” ilə cavab qarşılaşmasındakı 1:2 hesablı yenilgi Bakı klubunun tarixində bu yarışdakı 30-cu uğursuzluq olub.
1992-ci ildə debüt etdiyi turnirdə 148 matç keçirən paytaxt təmsilçisi hamıdan çox – 86 qələbə qazanıb, ən çox da – 32 dəfə heç-heçə edib. Bakılılar bu qarşılaşmalarda 244 qol vurub, qapısından 94 top buraxıb.(pfl.az)
Fanat.Az