11:59 27.12.2016 639

"AFFA mənə elə münasibət göstərir ki, sanki ölmüşəm” - Boris Xetaqurov

Uzun illər Azərbaycan milli komandasının baş həkimi işləyən Boris Xetaqurov AFFA-nın həkimlər üçün keçirdiyi seminara dəvət almamasına etirazını bildirib.

"Futbol+" qəzetinə müsahibəsində o bildirib ki, bu tədbirin ukraynalı həkimin rəhbərliyi altında keçirilməsini özü üçün təhqir sayır.

O, daha sonra deyib: “Belə təəssürat yaranır ki, sanki Boris Xetaqurov ölüb. Mən 1964-cü ildən “Neftçi”də, Azərbaycan millisinin yarandığı ilk gündən isə uzun illər orda işləmişəm. Mən Azərbaycanda doğulmuşam, valideynlərim burada dəfn olunub. Bütün həyatım boyu Azərbaycan idmanı naminə çalışmışam. Niyə mənə futbola yad bir adam imişəm kimi, yanaşırlar?”.

76 yaşlı mütəxəssis həmçinin Azərbaycan millisinin İsveçrə üzərindəki qələbəsinin 20 illiyi münasibəti ilə çəkilən filmə dəvət almamasından da narazı qalıb: “CBC Sport”un bu oyunla bağlı sənədli film çəkməsi yaxşı haldır. Amma çox təəccüblüdür ki, məni bu məsələdə də unutdular. Mən həmçinin İsveçrəni udan komandanın tərkibində olmuşam. Filmin təqdimatına məşqçiləri və futbolçuları dəvət etmişdilər. Hətta həmin oyunun iştirakçısı olmayanlar belə o tədbirdə idi. Kənarda isə elə görünür ki, mən o komandada olmamışam, həmin millinin baş həkimi işləməmişəm. Belə münasibət məni çox məyus etdi”.

Boris Xetaqurov sonda deyib: “Azərbaycan millisinin baş həkimin əcnəbi olmasına görə təəssüf hissi keçirirəm. Bəlkə də mən səhv edirəm. Avropada hansı ölkədə millinin baş həkimi əcnəbidir? Məgər, bizim özümüzdə həkim yoxdur? Yaxşı, mənim 76 yaşım var, bu vəzifəyə iddia etmirəm. Amma bizim  uzun illər Birləşmiş Ərəb Əmirliklərində işləmiş Faiq Hüseynov kimi həkimimiz var. O, mənim tələbəm və çox yaxşı mütəxəssisdir. Nəyə görə bu gün seminarı xarici həkim aparmalıdır? Mən iki ildir işləmirəm, amma indiyədək də seminar aparmaq üçün xaricdən dəvət alıram. Son dəvətlər Bolqarıstan və İtaliyadan olmuşdu. Amma burda, vətənimdə mən heç kimə lazım deyiləm. Mən nə edim? Ölkə prezidentinə məktub yazım? Mən iş istəmirəm. Onsuz da 50 ildən çox çalışmışam. Amma AFFA-nın 1964-cü ildən futbolda işləyən adama laqeyd münasibəti mənə pis təsir edir”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X