"Neftçi" heyətinə yeni futbolçu qatıb. Fanat.Az xəbər verir ki, paytaxt klubu Çexiyanın "Slovan" klubunun futbolçusu Zdenek Folprexti icarəyə götürüb.
25 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək "Neftçi"də çıxış edəcək. "Slovan"ın idman direktoru Yan Nezmar Liberets təmsilçisinin rəsmi saytına açıqlamasında xəbəri təsdiqləyib:
"Zdenek çox əlverişli təklif alıb. Bu təklif "Slovan" üçün də münasibdi. Komandadakı ab-havanı dəyişmək istəyirik. Futbolçumuzun icarəyə verilməsinin xüsusi bir səbəbi yoxdu. Folprext tibbi müayinədən keçdikdən sonra hər şeyə aydınlıq gələcək".
Qeyd edək ki, Zdenek Folprext Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı Bakıda və Liberetsdə keçirilmiş qarşılaşmalarda 90 dəqiqə meydanda olub. 25 yaşlı futbolçu "Slovan"a 2015-ci ildə Praqa "Spartak"ından transfer olunub. "Transfermarkt"ın məlumatına görə, "Neftçi" ona görə "Slovan"a 15 min avro icarə haqqı ödəyəcək. Bu məlumatın nə qədər doğru olub-olmadığını bilmirik.
Fanat.Az