“Beytszin Qoan” klubunun baş məşqçisi Xose Qonsales bildirib ki, “Barselona”lı Arda Turan Çində istənilən komandanı gücləndirə bilər.
Qol.az-ın sport.es saytına istinadən yaydığı xəbərə görə, o bildirib ki, Ardanın keçidi Çin futbolu üçün əla bir transfer olar: “Hazırda Çində ulduz futbolçu axtarırlar. Bu, hücumçu da, yarımmüdafiəçi də ola bilər”.
O qeyd edib ki, Çində futbolun inkişafı üçün böyük məbləğdə pullar xərclənir: “Asiyada onlar artıq Yaponiya və Koreyaya rəqabət yarada bilirlər. İndi Çində yerli liqanın, eyni zamanda milli komandanın səviyyəsini qaldırmaq istəyirlər”.
Xatırladaq ki, qeyri-rəsmi xəbərlərə görə, Çin klubları Ardaya 1 ilinə 15 milyon avro olmaqla 3 illik müqavilə təklif ediblər. Türk futbolçunun isə bu təklifdən imtina etdiyi və “Barselona”da qalmaq istədiyi bildirilib.
Fanat.Az