Yanvarın 5-də Bakıda toplanışın ilk hissəsinə start verəcək olan debütant ayın 13-nə qədər "Bayıl Arena"da məşqlərini davam etdirəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 14-də isə "Səbail" toplanışın ikinci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.
Burada iki həftəlik toplanış keçəcək "Səbail"in Antalyadakı sınaqçı rəqiblərinin adı hələ ki müəyyənləşməyib. Komanda Antalyanın Belek bölgəsindəki "5 ulduzlu" "Arcadia" hotelində qalacaq.
Fanat.Az